Accessibility links

"Vaqneri"in təsisçisi qüvvələrini Baxmutdan geri çəkməklə hədələyib


Evgeni Priqojin muzdlulardan ibarət "Vaqner" əsgərləri ilə
Evgeni Priqojin muzdlulardan ibarət "Vaqner" əsgərləri ilə

“Vaqner” qrupunun təsisçisi Yevgeni Priqojin bütün muzdlu qüvvələrini Ukraynanın şərqindəki xarabalığa çevrilmiş Baxmut şəhərindən çıxarmaqla hədələyib. Bu, onun Rusiya Müdafiə Nazirliyi ilə təchizat və dəstək məsələsində davam edən çəkişmələrinin kəskinləşməsi ilə əlaqədardır.

Mayın 5-də mətbuat xidməti tərəfindən yayımlanan videoda Priqojin müdafiə naziri Sergey Şoyqunu və ölkənin yüksək səviyyəli generalını səriştəsizlikdə ittiham edib və “Vaqner” qüvvələrini mayın 10-u, Kremlin planlaşdırdığı Qələbə Gününün ertəsi Baxmutdan çıxaracağına söz verib.

Vaqner”in bir qrup əsgəri ilə kamera qarşısına keçən Priqojin “Biz Baxmutu mayın 9-na qədər götürməli idik, lakin bundan xəbəri olan psevdo-hərbi bürokratlar bizi sözün əsl mənasında artilleriya sursatlarından məhrum qoydu” deyib.

Priqojinin dediyinə görə, sursat çatışmazlığı onun qoşunları arasında "böyük" itkilərə səbəb olub. O, Şoyqu və Rusiya Baş Qərargahının sədri, general Valeri Gerasimovu, eləcə də prezident Vladimir Putini "rəhbərlik etmək iqtidarında olmamaqda" günahlandırıb.

Priqojinin qüvvələri Donetsk vilayətinin şərqində yerləşən Baxmut şəhərini ələ keçirmək üçün səkkiz aydır davam edən amansız döyüşlərin mərkəzində olub.

Müntəzəm Rusiya qüvvələri ilə birlikdə döyüşən "Vaqner" qrupuna on minlərlə məhkumu cəlb olunub.

Döyüşlərdə "Vaqner"in nə qədər əsgərinin iştirak etdiyi bəlli deyil. Lakin şəhər bu döyüşlər zamanı tamamilə dağılıb, Rusiya qüvvələri böyük əsgər itkiləri bahasına əzmlə irəliləyiş əldə edə bilib.

Ağ Evin nu həftənin əvvəlində açıqladığı təxminlərinə görə, dekabr ayından bəri Rusiyanın Ukraynada ümumi itkiləri, ölənlər və yaralananlarla birlikdə azı 100 min nəfərdir.

XS
SM
MD
LG