Accessibility links

Vladimir Putin: Krımda vətəndaşların müdafiəsi üçün daha ciddi ölçülər götürüləcək


Rusiya prezidenti Vladimir Putin Ukraynanın Krimda sülhün yerinə terroru seçdiyini deyib, hərbi və kəşfiyyat qüvvələrinin göstərişi ilə həyata keçirdiyi hücumlara görə bu ölkəni günahlandırıb.

Çərşənbə axşamı Moskvada etdiyi çıxışı zamanı cənab Putin Ukrayna liderlərini münaqişəni daha da qızışdırmaqda ittiham edib.

Rusiyanın dövlət başçısı bölgənin infrastrukturunu və vətəndaşlarını qorumaq üçün daha ciddi ölçülər götürüləcəyini deyib. O, Kiyevin addımlarını "ağılsız" və "cinayətkar" adlandırıb və Ukraynanın cənubunda sülhün bərpası ilə bağlı planlaşdırılan danışıqların mənasız olduğunu deyib.

Ukrayna prezidenti Petro Poroşenko isə Vladimir Putinin dediklərinin həyasız və düşüncəsiz olduğunu, Krımın geri alınması üçün Ukraynanın heç vaxt terrora əl atmayacağını deyib.

XS
SM
MD
LG