Accessibility links

Rusiya təcavüzünün ildönümü ərəfəsində Ukraynanın bir çox ərazisinə pilotsuz təyyarələrlə hücum edib


Ukrayna ordusu cümə axşamı bildirib ki, Rusiya qüvvələri gecə ərzində 10 pilotsuz təyyarə və 1 raketlə hücum edib.

Ukrayna Hərbi Hava Qüvvələri ölkənin hava hücumundan müdafiə qüvvələrinin Poltava, Dnepropetrovsk, Zaporijye və Xarkiv vilayətləri üzərində 8 pilotsuz təyyarəni məhv etdiyini bildirib.

Rusiya Ukraynaya təcavüzə 2022-ci il fevralın 24-də başlayıb və ikinci ili yaxınlaşdıqca Böyük Yeddilər-in aparıcı sənaye ölkələrinin liderləri Ukraynaya dəstəklərini müzakirə etmək üçün şənbə günü virtual görüş keçirəcək.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer çərşənbə günü jurnalistlərə bildirib ki, danışıqlarda Ukrayna prezidenti Volodimir Zelenski də iştirak edəcək və qrup "Rusiyanı məsuliyyətə cəlb etməyə davam etmək üçün birgə addımları" müzakirə edəcək.

Birləşmiş Ştatlar həmçinin cümə günü Rusiyanın həm Ukraynaya müdaxiləsinə, həm də rusiyalı müxalifətçi Aleksey Navalnının həbsdə ölməsinə görə Rusiyaya qarşı sanksiyaların yeni mərhələsini açıqlamağa hazırlaşır.

Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə günü jurnalistlərə açıqlamasında ABŞ-ın “güclü sanksiyalar paketi” təqdim edəcəyini desə də, təfərrüatları açıqlamayıb.

Avropa İttifaqı çərşənbə günü Rusiyaya qarşı yeni sanksiyalarını tətbiq etməyə razılaşıb.

Sanksiyalar 200-ə yaxın şəxs və qurumua qarşı həyata keçirilib ki, həmin şirkətlərə Avropa İttifaqı ölkələri ilə iş görmək və ya oraya səyahət etmək qadağan edilib.

Forum

XS
SM
MD
LG