Rusiya və Ukrayna cümə axşamı bir-birinin dron hücumlarının qarşısını aldıqlarını bildirib.
Ukrayna ordusunun bildirdiyinə görə, Rusiyanın keçən gecə buraxdığı 33 pilotsuz uçuş aparatından (PUA) 22-si vurulub. Ordu Ukrayna Hava Hücumundan Müdafiə Sistemlərindən keçən digər PUA-ların bir neçəsinin hədəflərinə çatmadığını bildirib.
Pilotsuz təyyarələrin əksəriyyəti Sumı, Xerson və Dnepropetrovsk vilayətləri də daxil olmaqla, Ukraynanın şimal və cənubuna yönəldilib.
Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə vasitələrinin Moskva vilayəti üzərində Ukraynanın bir pilotsuz təyyarəsini məhv etdiyini, digərinin isə qarşısının ölkənin ikinci böyük şəhəri Sankt-Peterburq yaxınlığında alındığını bildirib.
Moskva meri Sergey Sobyanin Telegram kanalında bildirib ki, vurulan drondan düşən parçalar ölüm və ya dağıntılara səbəb olmayıb.
Forum