Hava şəraiti yaxşılaşdıqca hücumlarını daha da intensivləşdirəcəyi ilə bağlı narahatlıqlar artdığı bir vaxt, Rusiya keçən gecə Ukraynanın Donetsk bölgəsini raketlərlə vurub.
Raket hücumları nəticəsində 4-ü uşaq olmaqla, 10 nəfər yaralanıb. Ukraynanın daxili işlər naziri İqor Klimenko cümə axşamı daha 5 nəfərin dağıntılar altında qaldığını bildirib.
Klymenkonun dediyinə görə, Pokrovskda 13 və 16 yaşlı oğlanlar, eləcə də 6 aylıq körpə yaralanıb.
"Mərmilərdən biri iki uşaqlı ailənin yaşadığı evin həyətində partlayıb. Hücum nəticəsində evin dam örtüyü və divarları dağılıb, ailə dağıntılar altında qalıb" - deyə, o əlavə edib.
Bir yaşayış binası, doqquz fərdi ev, polis bölməsi, avtomobillər və qarajlar da zərər görüb.
Rusiyanın keçən il ilhaq etdiyini iddia etdiyi Donetsk sənaye bölgəsində iki ildir davam edən münaqişənin ən şiddətli döyüşləri yaşanıb.
Rusiya Müdafiə Nazirliyi çərşənbə günü qüvvələrinin Rusiyanın Artyomovski adlandırdığı Xromove kəndinə nəzarəti ələ keçirib.
Çərşənbə günü, Donetsk bölgəsindəki gərgin döyüşlər barədə danışdıqdan bir gün sonra Ukrayna prezidenti Volodimir Zelenski ölkənin cənub bölgəsində hərbi komandirlər və hökumət rəsmiləri ilə görüşdüyünü bəyan edib.
O, hökumət nümayəndələrinə təmir briqadalarının və avadanlıqların sayını artırmaq, insanların elektrik enerjisini operativ şəkildə bərpa etmək barədə göstəriş verdiyini bildirib.
Odesanın kəskin hava şəraitindən zədələnmiş qazanxanasında təmir işləri aparılır.
Ukrayna ordusunun sözçüsü Oleksandr Ştupun sözlərinə görə, bu həftə ölkədə hava şəraiti yaxşılaşır və bu, Rusiyaya hücumlarını artırmağa imkan verir.
"Düşmən artilleriya və hava hücumlarını ikiqat artırıb. Həmçinin yerüstü piyadaların hücumlarını gücləndirib, zirehli texnikalardan istifadə edir" deyə, o bildirib.
Ukraynanın ordu komandiri Oleksandr Tarnavski Rusiyanın Avdiyivka ətrafında fəaliyyətini "xeyli dərəcədə" artırdığını deyib.
Forum