Volqoqrad şəhər şurası İkinci dünya müharibəsi dövrü Almaniya ordusu üzərində qələbənin şərəfinə ildə altı dəfə şəhərə onun əvvəlki adı olan Stalinqrad adının qaytarılacağını elan edib.
Şəhər şurası şənbə günü bütün rəsmi sənədlərdə Volqoqradın əvvəlki adının işlədilməsinə dair qərar alıb. Şəhər Volqoqrad döyüşünün bitməsinin 70 illik yubleyini qeyd etməyə hazırlaşır. Qərarda hər il bu gün və ölkədə mayın 9-da qeyd olunan Qələbə günü daxil olmaqla, digər beş bayram günü köhnə adın işlədiləcəyi deyilir.
Şəhər sovet lideri İosif Stalinin şərəfinə Stalinqrad adlandırılmış, 1961-ci ildə isə şəxsiyyətə pərəstiş dövrünün bitməsindən sonra ona Volqoqrad adı verilmişdir.
Stalinlə bağlı mənfi rəylərə baxmayaraq, “Stalinqrad” adı hələ də ruslarda iftixar hissi oyadır və nasist Almaniyasının məğlubiyəti ilə nəticələnmiş müharibədə dönüş nöqtəsini yaratmış bir döyüş kimi xatırlanır.