Accessibility links

Rusiya Odessaya edilən hava hücumunun taxıl ixracı sazişinə təsir etməməli olduğunu deyir


Rusiya bazar ertəsi bildirib ki, onun Ukraynanın Odessa limanına endirdiyi raket zərbələri taxıl ixracının bərpasına dair razılaşmaya təsir etməməlidir.

Kremlin mətbuat katibi Dmitri Peskov sözlərinə görə, zərbələr yalnız hərbi infrastrukturu endirlib və bunların “taxıl ixracı üçün istifadə olunan infrastrukturla heç bir əlaqəsi yoxdur”.

Rusiya hökuməti şənbə günü ilk olaraq hücumla əlaqəsini inkar etsə də, bazar günü hadisədə öz hərbi qüvvələrinin məsuliyyət daşıdığını bildirib.

Ukrayna rəsmiləri cümə günü Rusiya ilə əldə olunan sazişdən sonra taxıl ixracının yenidən həyata keçirilməsi üzərində çalışdıqlarını bildiriblər.

Birləşmiş Millətlər Təşkilatı və Türkiyə bu sazişin bağlanması üçün vasitəçilik edib. Saziş Rusiyanın Qara dənizdəki donanmasının fevralın sonunda Ukraynanı işğal etdiyi vaxtdan bəri blokadada saxladığı ərazilərdən təhlükəsiz keçidə icazə verməsini nəzərdə tutur.

Bu saziş BMT tərəfidən qlobal ərzaq böhranının yüngülləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilib.

Hücumun ardınca şənbə günü Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanı tənqid edərək, bu hücumun taxıl sazişini təhlükə altına atdığını deyib.

Məsələ ilə əlaqədar olaraq ABŞ dövlət katibi Antoni Blinken deyib ki, hava zərbələri “Rusiyanın razılaşmaya sadiqliyinə ciddi şübhə yaradır və BMT, Türkiyə və Ukraynanın dünya bazarlarına əhəmiyyətli qida çatdırılması işinə xələl gətirir”.

XS
SM
MD
LG