Accessibility links

Rusiya Ukraynanın 2 şəhəri üçün humanitar dəhlizlər açdığını bildirib


Rusiya Ukraynanın iki şəhərində sakinlərin evakuasiyasına icazə vermək üçün atəşkəsə əməl etdiyini bildirir.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib ki, “Bu gün, martın 5-də Moskva saatı ilə səhər saat 10-dan etibarən Rusiya tərəfi vətənaşların Mariupol və Volovaxa şəhərlərini təkr etmələrinə imkan vermək üçün atəşkəs və humanitar dəhlizlərin açıldığını elan edir.”

Nazirlik rəsmilərə istinad edərək bildirib ki, Mariupoldan dəhliz beş saat boyunca açıq qalacaq.

ABŞ-ın Dövlət Katibi Antoni Blinken deyib ki, “Rusiya qüvvələri Ukraynada getdikcə daha qəddar üsullara əl atırlar ki, buna mülki əhalini hədəf almaq daxildir.”

O bu sözləri Rusiyanın Ukraynada nüvə stansiyasına – Avropanın ən böyük nüvə stansiyasına - hücumundan sonra söyləyib. Hücum nəticəsində zavodun ərazisindəki binada yanğın başlayıb.

Cümə günü Brüsseldə Avropa İttifaqındakı həmkarlarından öncə müxbirlərlə danışan Blinken seyib ki, “Bu gün biz [Rusiya] Prezidenti Vladimir Putinin seçdiyi müharibə: səbəbsiz, əsassız və dəhşətli, dəhşətli fəsadları olan müharibə ilə üz-üzəyik.”

“Biz buna son qoymaq üçün əlimizdən gələni etməkdə qərarlıyıq,” o əlavə edib, ancaq Ukrayna üzərində uçuşa qadağa zonası tətbiq etməyi istisna edib və deyib ki, bu cür addım daha genişmiqyaslı müharibəyə səbəb olub.

“Müharibənin Ukraynadan kənara sıçramamasını təmin etmək üçün məsuliyyətimiz var. ... Uçuşa qadağa zonası Avropada tammiqyaslı müharibəyə səbəb ola bilər,” o deyib.

Bressüldə görüş Ukraynanı Rusiyanı Zaporijye nüvə stansiyasının nəzarətini ələ keçirmədən öncə onu atəşə tutmaq və yanğına səbəb olduğuna görə “nüvə terrorunda” ittiham edib. Stansiya ölkənin cənubşərqində Enerhodar şəhərində yerləşir.

Ukraynanın nüvə müfəttişliyi bildirib ki, nüvə stansiyasında radiasiya yayılmayıb və işçilər təsisi təhlükəsiz şəkildə idarə etməyə davam edirlər. Ukrayna rəsmiləri deyib ki, yanğınsöndürənlər yanğını nəzarət altına ala bilib.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası cümə günü Birləşmiş Krallıq, Fransa, İrlandiya, Norveç və Albaniyanın tələbi ilə hücumu müzakirə etmək üçün fövqəladə iclas keçirib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin başçısı deyib ki, Rusiya “mərmisi” nüvə stansiyasında təlim mərkəzinə tuş gəlib.

“Bu, bu müharibənin ehtiyatsızlığını nümayiş etdirir,” NATO-nun Baş katibi Yens Stoltenberq cümə günü Brüsseldə Blinken və Aİ-nin xarici işlər nazirləri ilə görüşdən öncə stansiyaya hücum barədə deyib.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü Konaşekov hücuma görə Ukraynanın “təxrbat qrupunu” günahlandırıb və onların stansiyanın təlim mərkəzini ələ keçirdiyini, Rusiya patruluna hücum etdiyini və təkr edərkən binanı yandırdığını bildirib. O heç bir sübut irəli sürməyib və heç bir ölkə bu iddiaları ciddi qəbul etməyib.

Zaporijye təsisi Ukrayna enerjisinin təxminən 25 faizini istehsal edir.

Nüvə təhlükəsizliyi ekspertləri elektrik stansiyasına bu qədər yaxın yerdə döyüşlərin getməsinin stansiyanın enerji təchizatını kəsə, bunun da onun nüvə yanacağını sərin saxlamaq qabiliyyətinə mənfi təsir göstərə və nüvə əriməsi ehtimalını artıra biləcəyi ilə bağlı narahatlıqlarını ifadə edib.

Pentaqonun mətbuat katibi Con Kirbi cümə günü deyib ki, Rusiyanın quru qüvvələri Odessa yaxınlığında Ukrayna şəhərinə hücum edirlər və Birləşmiş Ştarlar bunun şəhər üçün nəticələrini təhlil edirlər.

O deyib ki, paytaxt Kyivə yaxın Rusiya karvanı hələ də şəhərə çatmağa çalışır, ancaq “ukraynalıların əməlləri karvanın irəliməsinin qarşını alıb.. bəzi yerlərdə dayandırıb.”

Kirbi deyib ki, Ukraynanın hava və raket əleyhinə müdafiə sistemlərindən istifadə etməsi “inanılmazdır”

Cümə axşamı Ukrayna hökumətinin yerli rəsmiləri və Rusiya ordusu strateji Xerson limanının ələ keçirildiyini təsdiq edib, lakin ABŞ-ın müdafiə rəsmisi Vaşinqtonun bunu təsdiq edə bilmədiyini bildirib.

Ukrayna rəsmiləri 66 min ukraynalının ruslara qarşı döyüşmək üçün xaricdən geri döndüyünü bildirib.

Rusiya diplomatı cümə günü bildirib ki, hərbi müdaxiləsi uğurlu olduğu halda, Ruisyanın Ukraynanı işğal niyyəti yoxdur və qoşunları hədəflərinə çatdığı zaman geri çəkiləcəklər.

BMT-nin Cenevrədəki baş qərargajında müxbirlərlə danışan Rusiya səfiri Gennadi Qatilov hərbi müdaxiləni “məhdud hədəfləri olan hərbi əməliyyat” adlandırıb və məqsədin “rejimi denazifikasiyası və Ukraynanın demilitarizasiyası” olduğunu bildirib.

Ukrayna qohumları Holokostda öldürülən demokratik yolla seçilən yəhudi prezidenti olan bir ölkədir. Tarixçilər və siyasi müşahidəçilər Rusiyanın İkinci Dünya Müharibəsinə istinad etməsini dezinformasiya adlandırır.

Blinken cümə günü Birləşmiş Ştatlar Ruisyaya qarşı əlavə sanskiyaları nəzərdən keçirdiyini bildirib və heş nəyi istisna etməyib.

“Heç nə istisna deyil. Biz sanksiyaları hər gün nəzərdən keçiririk,” o deyib.

Vaşinqton cümə axşamı Putinin yaxın çevrəsində əlavə sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG