Accessibility links

Rusiya ABŞ prezidentinin ailəsinə qarşı sanksiya elan edib


Rusiya ABŞ Prezidenti Co Baydenin həyat yoldaşı Cill Bayden və qızı Eşliyə sanksiyalar tətbiq edərək onların ölkəyə girişini qadağan edib.

Moskva Xarici İşlər Nazirliyinin iyunun 28-də verdiyi bəyənatındakı siyahıda Senatda Respublikaçı azlığın lideri Miç Makonnell və bir neçə senator da daxil olmaqla, ABŞ-ın 23 görkəmli şəxsinin adı var.

Vaşinqton fevral ayında Rusiyanın Ukraynaya əsassız hərbi müdaxiləsinə görə Moskvaya qarşı sansiyalar tətbiq etdikdən sonra Kreml cavab tətbiri kimi bu kimi addımlar atır.

"ABŞ-ın Rusiyanın siyasi və ictimai xadimlərinə qarşı getdikcə genişlənən sanksiyalarına cavab olaraq, rusofobik şəhrlərin formalaşmasına cavabdeh olan senatorlar da daxil olmaqla, 25 Amerika vətəndaşı "stop siyahısı"-na daxil edilib" - deyə, bəynatda bildirilir. Siyahıda adı çəkilən şəxslərin Rusiyaya girişi qadağan edilir.

ABŞ fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən Moskvaya qarşı genişmiqyaslı beynəlxalq sanksiyalara rəhbərlik edir.

Rəsmi Vaşinqton və Avropa İttifaqı ayrı-ayrı şəxslərə, o cümlədən Rusiya prezidenti Vladimir Putin, onun qızları, xarici işlər naziri Serqey Lavrov, onun ailə üzvləri və eləcə də Putinlə sıx əlaqədə olan bir neçə oliqarxa qarşı sanksiyalar tətbiq edib.

Üstəlik Rusiyanın maliyyə şəbəkəsinin böyük hissəsini beynəlxalq əməliyyatlardan uzaqlaşdırmaq, aktivlərini dondurmaq və Rusiya neftinin idxalına qismən embarqo tətbiq etmək kimi sarsıdıcı iqtisadi sanksiyalar da tətbiq edilib.

XS
SM
MD
LG