ABŞ Milli Təhlükəsizlik Administrasiyasına məxsus məxfi məlumatları sızdırdıqdan sonra Moskvaya yerləşən Edvard Snouden dünyanın diqqətini üzərinə çəkib.
Bu məşhur amerikalı Rusiyada tezliklə altıncı ayını başa vuracaq. İndiyə qədər onun heç bir jurnalist və ya ictimaiyyətlə üz-üzə görüşü olmayıb.
Edvard Snoudenin Moskva körpüsündə və supermarketlərdə çəkilmiş iki şəkli yayılıb.
Snoudenin vəkili Anatoli Kuçerena bildirib ki, o, noyabr ayının birindən işə başlayıb. Ancaq onun harada işlədiyi barədə məlumat verməyib. Kuçerena Rusiyanın daxili kəşfiyyat orqanı FSB-nin nəzarət şurasının üzvüdür.
Rusiya kəşfiyyat agentlikləri üzrə ekspert Andrey Soldatov FSB-nin Snoudenin Rusiyadakı həyatını yaxından nəzarət etdiyinə inanır.
“Məsələ ondadır ki, sənin ətrafında Kuçerena kimi FSB-nin adamları olduğunda, sən onların təmin etdiyi məlumatdan asılı olursan.
Snouden avqust ayında Moskva və Vaşinqton arasında əlaqələri pozmamaq şərti ilə Rusiyadan sığınacaq alıb. Snouden Moskvada mətbuat konfransı keçirməyib. Onun iddiasına görə Rusiyaya uçmamışdan əvvəl oğurlanmış bütün məlumatları güvəndiyi jurnalistə verib.
Ağıllı oyun
Ancaq Soldatov baş vermiş hadisənin Kremlin xarici siyasət hədəflərinin istiqamətləndirməsinə kömək etdiyini vurğulayıb.
“Bu çox ağıllı oyundur”, deyə o bildirir.
ABŞ-ın kəşfiyyat əməliyyatlarının üzə çıxması Vaşinqtonla Avropanın arasını vurub. Fransa və Almaniya bundan çox hiddətlənib. Başqa kəşfiyyat xəbərinin yayılması isə Latın Amerikasının ən güclü iki dövləti Meksika və Braziliyanın əlaqələrinə ziyan vurub.
Karnegi forndunun Moskva mərkəzinin direktoru Dmitri Trenin bildirib ki, dünya liderləri ya çox sadəlövhdir, ya da bundan şou düzəldiblər. 1980-ci illərdə Trenin Şərqi Almaniyada Sovet hərbi qüvvələri ilə işlədiyi vaxt gözü Amerikan həmkarlarının üzərində olub.
“Sözün açığı bu dünyada siz düşmənlərinizə qarşı casusluq edirsiz, ancaq siz həmçinin öz müttəfiqləriniz barədə kəşfiyyat məlumatları da toplayırsız. Bu, köhnə oyunun qaydalarıdır. Birləşmiş Ştatlar 1945-ci ildən Almaniyadadır və 1945-ci ildən ABŞ höküməti Almaniya hökümətinin dəqiq nə düşündüyünü bilmək istəyir. “
Trenin və başqaları bildirir ki, bir çox insan casusluğun həddini unudub.
“Mən Rusiya hökümətinə çox qəzəblənərdim əgər Rusiya höküməti öz səviyyəsindəki ölkələr barədə məlumat toplamasaydı.”
"Suverinliyə nəzarət"
Soldatov Snoudenin şəffaf yanaşma metodunun nəticələrinin ağır olacağından qorxur. Kəşfiyyat xəbərlərinin ortaya çıxması Rusiya və Çin kimi avtoritar ölkələrin qoluna qüvvət verir. Onlar məlumatların sərbəst şəkildə internetdə yayılmasının qarşısını almaq və suverinliyə nəzarət sədləri yaratmaq istəyirlər.
Soldatov Snouden və onun jurnalist əməkdaşı haqda deyir:
“Onlar həqiqətən inanır ki, hər kəs bu bəlaya qarşı mübarizə aparmalıdır. Cünki, Amerika təşkilatlarının bütün xidmətlərə çıxış imkanları var. Facebook, tvitter və email kimi bütün sosial xidmətlər demək olar ki, hər kəs tərəfindən istifadə olunur.”
Rusiya hökümətin izləmə proqramının inkişafı istiqamətində sürətlə hərəkət edir. Hökümət təhlükəsizlik xidmətinin Rusiyada email, mesajlaşma və telefon danışıqlarına birbaşa çıxış imkanını asanlaşdıracaq qanun lahiyəsi hazırlayır.