Moskvada keçiriləcək ehtiraz aksiyasından bir gün əvvəl Rusiya polisi və müstəntiqləri bir neçə müxalifət liderlərinin evlərinə reyd edib.
Federal İstintaq Komitəsi bu günkü bəyanatda reydin ötən ay prezident Vladimir Putin əleyhinə keçirilən nümayişləri hazırlayanları hədəf aldığın bildirib. Bəyanatda Aleksey Navalnı və Sergey Udaltsovun adları sadalanıb. Onların hər ikisi ötən ay cənab Putinin inaqurasiyasının əleyhinə nümayişlər keçirdiklərinə görə 15 gün həbsxanada cəza çəkib. Başqa bir fəal, İlya Yaşın bundan əvvəl nümayişlər zamanı həbs edilib. Rusiyanın əsas araşdırma agentliyinin nümayəndələri bu gün 10-a qədər axtarışın aparılacağını planlaşdırdığını deyib. Müxalifət liderləri sabahkı ehtiraz aksiyasına geniş kütlə toplamağa ümid edir. Bu, cənab Putin qanunsuz nümayişlərdə iştirak edən insanlara qarşı cərimələri kəskin şəkildə artırmağa dair qərarı qanuna əlavə etdikdən bir gün sonraya təsadüf edib.