Accessibility links

Moskvada mitinqdə müxalifət liderləri həbs edilib



Moskvada prezident Vladimir Putin əleyhinə nümayişlərin ildönümü münasibətilə keçirilən mitinqdə Rusiya müxaliflətinin aparıcı fiqurları həbs edilib.

Polis mitinq zamanı Sergey Udaltsov və Aleksey Navalnı, habelə müxalifət fəalları İlya Yaşin və Kseniya Sobçakı həbs edib. Müxalifət liderləri həbs edildiklərini tvitter vasitəsilə bildiriblər.

Soyuq hava şəraiti və Moskvanın Lyubanka meydanında çox sayda polis qüvvələrinə baxmayaraq, minlərlə insan Rusiya Federal Təhlükəsizlik Xidmətinin binası qarşısında toplaşmışdır. Mitinq iştirakçılarının çoxu meydanda sovet dovrü repressiya qurbanlarının xatirəsinə ucaldılmış heykəlin qarşısına gül-çiçək dəstələri qoyub.

Moskva bələdiyyəsi mitinq keçirilməsinə icazə verməsə də, nümayişçilər prezident Putinin Rusiya hökumətində nüfuzunun artmasına etiraz etmək üçün mitinqə toplaşıb.

Rusiya müxalifəti rəsmi Moskva hökumətinin tənqidçilərinin fəallaşdırılması məqsədilə Xalq Alyansı adlı yeni partiya yaradıb.
XS
SM
MD
LG