Accessibility links

Rusiya Prezidenti Qırğızıstandadır


Rusiya Prezidenti Vladimir Putin və Qırğızıstan prezidenti Sadır Japarov
Rusiya Prezidenti Vladimir Putin və Qırğızıstan prezidenti Sadır Japarov

Bu ilin əvvəlində Beynəlxalq Cinayət Məhkəməsinin Ukraynada hərbi cinayətlərdə ittiham etdiyi Rusiya Prezidenti Vladimir Putin xaricə nadir səfərini edərək, cümə axşamı Qırğızıstana gedib.

Putin Qırğızıstan prezidenti Sadır Japarovla görüşüb. O, cümə günü Qırğızıstanın ev sahibliyi etdiyi Müstəqil Dövlətlər Birliyinin sammitində iştirak etməlidir. Sammitdə Azərbaycan, Belarus, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri də iştirak edəcək.

Yerevanın Moskva ilə münasibətləri qarşılıqlı ittihamlar fonunda pozulduğu üçün Ermənistanın baş naziri Nikol Paşinyan sammitdə iştirakdan imtina edib.

Putin bu il ilk dəfədir ki, Rusiyadan kənara çıxaraq, Ukraynanın Rusiyanın nəzarətində olan ərazilərə səfər edir. Bu ilin əvvəlində o, Ukraynanın qismən işğal olunmuş Donetsk, Luhansk və Xerson bölgələrinə, eləcə də ilhaq edilmiş Krım yarımadasına səfər edib.

Mart ayında Beynəlxalq Cinayət Məhkəməsi uşaqların Ukraynadan deportasiyasına görə Putinin həbsinə order verib.

BCM-ni yaradan Roma Nizamnaməsini imzalayan və ratifikasiya edən ölkələr indi Rusiya liderini öz torpaqlarına qədəm basarsa, həbs etməyə borcludurlar.

Bu qərar Putinin avqust ayında Cənubi Afrika Respublikasında keçiriləcək iqtisadi sammitdə iştirakdan yayınmasına səbəb olub. Bu həm də bu ayın əvvəlində Roma Statusu-nu ratifikasiya edən Ermənistan rəsmilərinin Kremli Rusiya lideri ölkəyə daxil olduğu halda həbs olunmayacağına inandırmağa çalışsa da Moskvanın Ermənistanla əlaqələrini daha da gərginləşdirib.

Kreml bildirib ki, Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımır və orderi etibarsız sayır.

Bu ayın sonunda Putinin yenidən Çinə səfər edəcəyi gözlənilir. Keçən ay o, Şimali Koreyaya səfər etmək dəvətini də qəbul edib, baxmayaraq ki, bunun nə vaxt baş verəcəyi hələ məlum deyil.

Forum

XS
SM
MD
LG