Accessibility links

Ukraynalı general: Rusiya Ukraynanın şərqində yeni hücuma hazırlaşır


Dnipro. Ukrayna. 24 avqust, 2023.
Dnipro. Ukrayna. 24 avqust, 2023.

Rusiya Ukraynanın şərqində Moskvanın nəzarət etdiyi hissədə yenidən hücuma keçməyə hazırlaşır. Bunu Ukrayna ordusunun quru qoşunlarının komandiri general-polkovnik Oleksandr Sirski deyib.

“Bir ay davam edən şiddətli döyüşlərdən və Kupyansk və Liman istiqamətindəki əhəmiyyətli məğlubiyyətlərdən sonra düşmən qüvvələrini və vasitələrini yenidən qruplaşdırır, eyni zamanda Rusiya ərazisindən yeni formalaşan briqadalar və diviziyalar göndərir,” Sirski cümə günü Telegram kanalında yazıb.

Sirski bildirib ki, Rusiya qüvvələri “döyüş potensialının səviyyəsini artırmağa və aktiv hücum əməliyyatlarını bərpa etməyə” çalışır. O, təfərrüatları açıqlamayıb, ancaq deyib ki, ruslar ağır artilleriya və minaatanlardan atəş açmaqla yanaşı, hava hücumlarını da davam etdirirlər.”

“Bu cür şərtlər altında biz təhlükə altında olan xəttlərimiz boyunca müdafiəmizi gücləndirmək və mümkün olduğu yerdə irəliləmək üçün dərhal tədbirlər görməliyik,” general deyib.

Britaniya Müdafiə Nazirliyi şənbə günü Ukrayna ilə bağlı gündəlik hesabatında bildirib ki, Rusiyanın növbəti iki ayda Kupyansk və Limanda hücumunun şiddətini artıracağına dair “real ehtimal” var. Nazirlik bildirib ki, Rusiyanın regiona ehtimal olunan məqsədi qərbdə Oskil çayına doğru irəliləmək və Luhansk vilayəti ətrafında bufer zona yaratmaq olacaq.

Müharibədən öncə təxminən 27 min əhalisi olan Kupyansk 2022-ci ilin fevralında başlayan hərbi müdaxilənin əvvəlində Rusiya tərəfindən ələ keçirilmişdi, daha sonra isə Ukrayna qüvvələri sentyabr ayında əks-hücuma keçərək şəhəri geri almışdı.

Priqojinin ölümü

Kreml cümə günü Qərbin Yevgeni Priqojinin ölümünü Rusiya prezidenti Vladimir Putinin təşkil etməsi ilə bağlı fərziyyəsini “mütləq yalan” adlandırıb.

Vaqner muzdlu qrupunun başçısının çərşənbə günü Mokva yaxınlığında qəzaya uğrayan təyyarədə olduğu deyilir.

Putin “ilkin məlumata” istinad edərək bildirib ki, Priqojin və onun Vaqner daxilindəki yüksək səviyyəli tərəfdaşları həlak olub.

Bundan öncə isə cümə günü Rusiya xarici işlər nazirinin müavini Sergey Rıbakov Priqojinin ölümünün arxasına Rusiya prezidentinin əli olduğunu iddia etdiyinə görə ABŞ prezidenti Co Baydeni danlayıb.

“Mənim fikrimcə bu cür faciəvi hadisələrlə bağlı danışmaq ABŞ prezidentinin işi deyil,” Rıbakov deyib.

Çərşənbə günü müxbirlər önündə çıxış edən Bayden Priqojinin ölümünün onu təəccübləndirmədiyini deyib. “Rusiyada Putinin arxasına olmadığı çox şey olmur,” o deyib.

Forum

XS
SM
MD
LG