Accessibility links

Dmitri Medvedev polisin rejissor Kostomarovun evinə reydini müdafiə edib


Rusiyanın baş naziri Dmitri Medvedev polisin Rusiyada müasir siyasət və siyasi etirazlar barədə sənədli film üzərində işləyən rejissorun evinə reydini müdafiə edib. Bu gün bir qrup jurnalistə açıqlaması zamanı cənab Medvedev deyib ki, əgər polis Pavel Kostomarovun evində səhər tezdən xəbərdarlıqsız axtarış aparıbsa, deməli buna bir səbəb olub. Cənab Medvedev onu da əlavə edib ki, əgər rejissor haqlarının pozulduğunu düşünürsə, şikayət edə bilər.

Baş nazirə sual verənlərdən biri də dövlətin nəzarətindəki NTV telekanalının aparıcısı, layihədə Pavel Kostomarovla əməkdaşlıq edən Aleksey Pivovarov olub.

Kostomarov və Pivovarov Vladimir Putin üçüncü dönəm prezident seçildikdən sonra hökumətə qarşı keçirilən nümayişlərdən görüntülər işıqlandıran "Dönəm" adlı film üzərində birlikdə işləyiblər.
XS
SM
MD
LG