Rusiya yaxın zamanda Finlandiya və Norveçlə həmsərhəd olan Şimal Hərbi Dairəsinə ən son haubitsalarını göndərəcək.
Bu barədə "Rostex" dövlət korporasiyasının baş direktoru Sergey Çemezov çərşənbə günü dərc olunan şərhində bildirib.
Çemezov RİA Novosti agentliyinə müsahibəsində deyib ki, yeni "Koalisiya-SV" haubitsalarının sınaqları başa çatıb və onların kütləvi istehsalına artıq başlanılıb.
Onun sözlərinə görə, sınaqdan çıxmış partiya 2023-cü ilin sonuna qədər çatdırılacaq.
"Fikrimcə olar tezliklə orada olacaq. Çünki bu tipli haubitsalar atəş məsafəsi baxımından Qərb artilleriya modelləri üzərində üstünlüyü təmin etmək üçün lazımdır", - Çemezov deyib.
TASS xəbər agentliyinin məlumatına görə, atış məsafəsi 70 kilometrə qədər olan haubitsalar dəqiqədə 10 mərmidən çox atəş sürətinə malikdir və 152 mm çaplı müasir 2A88 topla, həmçinin silahın işarələnməsi, hədəfin seçilməsi və naviqasiya prosesləri üçün müasir avtomatlaşdırma sistemi ilə təchiz edilib.
Forum