Accessibility links

Berlin Rusiyanın Almaniyadakı beş konsulluğundan dördünü bağlayır


Berlin Rusiyanın Almaniyadakı beş konsulluğundan dördünü bağlayır. Bu barədə Almaniyanın DW agentliyi Almaniya Xarici İşlər Nazirliyinə istinadən xəbər verib.

Ölkədə fəaliyyətini yalnız Rusiyanın Berlindəki səfirliyi və bir baş konsulluq davam etdirəcək. Hansı diplomatik nümayəndəliklərin bağlanacağı açıqlanmayıb.

Almaniya hökuməti noyabrın 1-dək Kalininqrad, Yekaterinburq və Novosibirskdəki konsulluqlarını da bağlayacaq.

DW yazır ki, bu qərar Rusiyada Almaniyanın dövlət qulluqçularına qoyulan məhdudiyyətlərə cavab olaraq qəbul edilib.

Mayın ortalarında Ukrayna prezidenti Volodimir Zelenskinin səfəri zamanı Almaniya kansleri Olaf Şolz Kyivə yeni hərbi yardım paketini elan edib və "lazım olduğu müddət" Ukraynaya dəstək verəcəyini bildirib. "Rusiya qoşunlarını çıxarmalıdır, başqa cür ola bilməz" - deyə, kansler bildirib.

Zelenski yardıma görə Almaniyaya təşəkkür edib və Ukrayna müttəfiqlərinin dəstəyi ilə bu il "Rusiyanın məğlubiyyətini dönməz edə biləcəyinə" ümid etdiyini bildirib.

Ukraynanın hazırda hücuma keçmək üçün kifayət qədər silahı varmı sualına Ukrayna prezidenti zarafatla "daha bir neçə səfərə ehtiyac var" - deyə, cavab verib.

XS
SM
MD
LG