Accessibility links

Ukraynadakı müharibədə Rusiyanın 900-dən çox elit qüvvəsi həlak olub


Rusiya ordusu
Rusiya ordusu

Rusiya Ukraynada altı aydır davam edən müharibədə 900-dən çox elit hərbi qüvvəsini - təlimlərinə illər sərf edilən və milyonlarla dollar xərclənən xüsusi təyinatlılarını, dəniz piyadalarını, paraşutçularını və hərbi pilotlarını itirib. Bu barədə BBC-nin rus xidməti məlumat yayıb.

Ölən rus əsgərlərinin təsdiqlənmiş siyahısını jurnalistlər və könüllülər qrupu birlikdə təhlil edib.

Məlumatlara görə, onlar QRU xüsusi təyinatlılarının 151 hərbçisinin və Rusiya Qvardiyasının əksəriyyəti xüsusi təyinatlıların əsgərləri olmaqla, 245 əməkdaşının öldüyünü müəyyən edə bilib. Rusiya Qvardiyasında və QRU xüsusi təyinatlılarında həlak olanların demək olar ki, hər dörddən biri (22 faiz) zabitdir.

Nəşr olunan nekroloqların təhlili göstərib ki, Ukraynanın işğalı zamanı ən böyük itkiləri xüsusi təyinatlı 22-ci Briqada verib. Dördü rota komandiri olmaqla, Briqadanın azı 30 hərbçisi həlak olub.

Ukraynadakı müharibə zamanı QRU xüsusi təyinatlılarının digər bölmələri də itki verib. Belə ki, nəşrin məlumatına görə, 24-cü Mühafizə Briqadası dörd zabit də daxil olmaqla, azı 21 nəfər əsgərini itirib. 3-cü Qvardiya Əlahiddə Ümumqoşun Briqadasının 26 hərbçisinin beş zabitinin öldüyü də məlumdur.

Ukraynada 16-cı Qvardiya Əlahiddə Ümumqoşun Briqadasının komandirinin polkovnik-leytenant rütbəli müavini, eyni briqadanın mayor rütbəli qərargahlar rəisi, eləcə də kapitan rütbəli rota komandiri dünyasını dəyişib.

İstintaq müəllifləri qeyd ediblər ki, xüsusi təyinatlıların zabitlərinin itkisi Rusiya ordusu üçün çox həssas ola bilər. Müvafiq ixtisaslı leytenant hazırlamaq üçün ən azı dörd il, kapitan olmaq və rotaya rəhbərlik etmək üçün ən azı dörd il gərəkdir.

XS
SM
MD
LG