Moksvada bu gün korrupsiyaya qarşı iki ayrı-ayrı mitinq keçirilib. Rəy sorğularına görə, korrupsiya Rusiya seçicilərini ən çox maraqlandıran məsələlər arasında birinci yerdədir. Nümayişlərdən biri Kreml tərəfdarı “Naşi” gənclər təşkilatı tərəfindən keçirilib. Rusiyanın siyasi müxalifəti də korrupsiyaya qarşı ayrı bir mitinq keçirib. Şəhərin mərkəzində yer ayrılan“Naşi”dən fərqli olaraq müxalifət mitinqi şəhərin kənarında yerləşən parklardan birində keçirib. Rəsmi mitinqlə bu mitinq arasında daha bir ciddi fərq isə ətrafda iğtişaş polisinin yerləşdirilməsindən ibarət olub. Mitinqdə danışan müxalifət lideri Boris Nemtsov deyib ki, hökumət tələsik olaraq korrupsiyaya qarşı rəsmi mitinq keçirmək qərarına gəlib.