Accessibility links

Rusiya Ukrayna ilə gərginlik fonunda strateji nüvə təlimləri keçirir


Vladimir Putin və Aleksandr Lukaşenko
Vladimir Putin və Aleksandr Lukaşenko

Kreml fevralın 19-da bildirib ki, Rusiya Ukrayna ilə bağlı gərginliyin artdığı bir vaxt “planlaşdırılmış” sınaqlar çərçivəsində ən son hipersonik balistik raketlərini, kruiz raketlərini və nüvə imkanına malik balistik raketlərini sınaqdan keçirib.

Rusiya xəbər agentliyi sözçü Dmitri Peskova istinadən bildirib ki, Prezident Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenko təlimləri Kremldən izləyib. Peskov deyib ki, sınaqlar müntəzəm təlim prosesinin bir hissəsidir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, sınaqlarda Rusiya silahlı qüvvələrinin bütün demək olar ki, bütün qolları, o cümlədən erokosmik və strateji raket qüvvələri, habelə nüvə silahlı sualtı qayıqları olan Şimal və Qara Dəniz donanmaları iştirak edib.

Sınaqlar Birləşmiş Ştatlar Moskcanın Ukraynaya növbəti günlər ərzində hərbi müdaxilə etməyi planlaşdırdığına əmin olduğuna dair xəbərdarlıq etməsindən bir neçə saat sonraya təsadüf edib.

Rusiya qonşusuna hücum etmək planının olmadığını bildirir. Lakin Vaşinqton israr erdir ki, Moskva Ukrayna sərhədinə 150 mindən çox Rusiya qoşunu yerləşdirməklə hərbi müdaxilə etməyə qərar verib.

XS
SM
MD
LG