Accessibility links

Rusiya Ukraynaya hərbi müdaxiləsini pisləyən BMT qətnaməsini blok edib


Rusiya cümə günü BMT Təhlükəsizlik Şurasının Ukraynaya hərbi müdaxiləsini qınayıb, qarşısını almaq üçün atılan addımın qarşısını alıb. Bir neçə ölkə BMT-nin Baş Assambleyasının bütün üzvlərindən hesabatlılıq tələb edəcəyi bildirib.

“Açıq şəkildə deyim: BMT Xartiyasını dəstəkləyirsinizsə, lehinə səs verin. Ukraynanın – və ya hər hansı bir ölkənin – suverenlik hüququ və ərazi bütövlüyünü dəstəkləyirsinizsə, lehinə səsverib. Əgər Rusiyanın əməllərinə görə cavabdeh olmalı olduğunu düşünürsünüzsə, lehinə səs verin,” ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfil şuraya deyib. “Əgər xartiyanı dəstəkləmirsinizsə və Rusiyanın təcavüzkar və təxribatsız atılan addımları ilə razılaşırsınıza, əleyhinə səs verin ya da səsvermədə iştirak etməyin. Rusiya kimi sizin də seçiminiz var.”

Birləşmiş Ştatlar və Albaniyanın hazırladığı sənədi 15 şura üzvündən 11-i dəstəkləyib. Çin, Hindistan və Birləşmiş Ərəb Əmirlikləri bitərəf qalıb. Qətnamə layihəsinin qəbul edilməsi üçün doqquz lehinə səs verilməlidir və heç veto olmamalıdır.

Norveç nümayəndəsi Rusiya nümayəndəsinin səsvermədə iştirakını sual edib.

“Təcavüzkarın vetosu şuranın məqsədinə xələl gətirir. Bu, BMT Xartiyasının təməlinin pozulmasıdır,” Mona Cuul deyib. “Bundan əlavə xartiyanın ruhuna uyğun olaraq Rusiya bu qətnamədə səs verməkdə iştirak etməməli idi.”

Rusiya rədd edib

Rusiya nümayəndəsi və bu ay şuranın prezidenti olan Vassili Nebezia hökumətinin qınandığı iclasa sədrlik edib. Ona həmçinin Moskvanı tənbeh etmək məqsədi daşıyan qətnamənin sponsoru olan onlarla ölkənin adını oxumalı olub.

İclasın sonunda siyahıya 80-dən çox ölkə qoşulub.

Nebenzia qətnamə layihəsini “anti-rus,” eyni zamanda isə anti-Ukrayna adlandırıb, çünki o deyib ki, qətnamə Ukrayna xalqının maraqlarına zidd olub.

“Bugünkü qətnamə layihəsi - sizin qətnamə layihəniz - Ukrayna şahmat taxtasında növbəti qəddar, qeyri-insani hərəkətdən başqa bir şey deyil,” o deyib.

O, Moskvanın Ukrayna xalqına qarşı müharibə apardığını inkar edib və Ukrayanın şərqindəki sakinləri qorumaq üçün millətçilərə qarşı “xüsusi əməliyyat apardığını” bildirib.

“Yaxında bu məqsədə çatacağıq,” və Ukrayna xalqı bir daha öz gələcəyini müstəqil şəkildə müəyyən etmək imkanı qazanacaq,” o deyib.

Rusiya təcrid olunub

Britaniya səfiri onu Rusiyanın təcavüzünün məqsədinin özünü müdafiə etmək və Rusiyanın dəstəklədiyi separatçı ərazilərdəki insaları qorumaq olduğuna dair iddialarına görə tənqid edib.

“Bu absurddur. Rusiyanın yeganə özünümüdafiə aktı bu gün bu qətnamə layihəsinin əleyhinə verdiyi səsdir,” Britaniya səfiri Barbara Vudvard deyib. Səhv bilməyin: Rusiya təcrid olunub. Ukraynaya müdaxiləsinə heç bir dəstək yoxdur.”

Ukrayna nümayəndəsi deyib ki, ölkəsi demək olar ki, hər istiqamətdən mühasirəyə alınıb.

“Ötən gecə Kyiv, təsəvvür edin ki, 1941-ci ildə nasistlər tərəfindən hücuma məruz qaldığından bəri ən dəhşətli gecə idi,” Sergiy Kislitsya bildirib.

O şuraya deyib ki, ölkəsi çətin gecə ilə üzləşir. O həmçinin qeyri-adi bir addım ataraq iclas zalındakı diplomatları bir dəqiqəlik sükuta çağırıb.

“Artıq ölənlərin və ölə biləcək insanlarına ruhlarına dua edək. Mən Rusiya səfirini də günahlardan xilas olmaq üçün dua etməyə çağırıram,” deyib.

Rusiya səfiri müdaxilə edərək bildirib ki, bu dualara son səkkiz ildə Ukraynanın şərqində ölən insanlar da daxil edilməlidir. BMT münaqişə zamanı 14 min insanın öldüyünü bildirir.

“Bütün insanların həyatı dəyərlidir,” Nebenzia deyib.

BMT-nin Baş katibi Antonio Quterreş səsvermədən sonra müxbirlərə deyib ki, “Birləşmiş Millətlər Təşkiları müharibə səbəbilə müharibə son qoymaq üçün yaranıb. Bu gün bu məqsədə nail olunmayıb. Biz sülhə daha bir şans verməliyik.”

O deyib ki, əsgərlər kazarmalarına geri dönməli, liderlər də dialoq və sülh yolunu seçməlidir.

XS
SM
MD
LG