Accessibility links

Rusiya Xarkivin bəzi hissələrindən geri çəkildiyini elan edib


İzyum.
İzyum.

Rusiya Müdafiə Nazirliyi Ukrayna Xarkiv bölgəsində əks-hüuma başlayandan bəri ilk dəfə qüvvələrinin bölgədəki iki ərazidən geri çəkildiyini elan edib.

Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenki sentyabrın 10-da deyib ki, qoşunlar Balaklia və İzyum ərazisindən Donetsk bölgəsinə yerləşdiriləcək.

Konaşenkov bildirib ki, bu addım “Donetsk istiqamətində səylərin artırılmasını” tələb edən “xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olmaq” üçün atılır.

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) bundan əvvəl sentyabrın 10-da qüvvələrinin Ukraynanın şimalşərq Xarkiv bölgəsində strateji baxımdan mühüm Kupyansk şəhərinə daxil olduğunu təsdiq edib.

SBU Telegram-da bir qrup ukraynalı əsgərin fotosunu paylaşayaraq, altında “SBU-nun xüsusi əməliyyat mərkəzi “A”-nın mütəxəssisləri Ukraynanın olan və həmişə Ukraynanın olacaq Kupyanskda!” yazıb.

Xarkiv bölgəsində regional şura başçısının müşaviri Natalia Popova Facebook-a fərqli bir şəkil yerləşdirib. Həmin şəkildə Ukrayna qoşunlarının şəhər mərkəzində Ukrayna bayrağını dalğalandırdqları, ayaqlarının altında isə əzilmiş və yanmış Rusiya bayrağının olduğu göstərilib. Ukrayna mediası

Xarkivin 130 kilometr cənub-şərqində yerləşən Kupyansk Ukraynanın şərqində nəqliyyat qovşağıdır və Donbas bölgəsindəki rus qoşunlarını təchiz etmək üçün strateji əhəmiyyət kəsb edir.

Ukraynanın ikinci ən böyük şəhəri Xarkivin yerləşdiyi bölgə Rusiya fevral ayında Ukraynada tammiqyaslı hərbi əməliyyata başlayandan qısa müddət sonra işğal olunub və Ukraynanın böyük, ikitərəfli əks-hücumunun mərkəzində olan yerlərdən biridir.

XS
SM
MD
LG