Rusiya parlamenti sentyabrın sonunda bəzi insanların ölkədən uşaqları övladlığa götürməsini çətinləşdirəcək yeni qanun layihəsini dəstəkləyib. Bəzi övladlığa götürmə tərəfdarları qanunun əslində Qərbi cəzalandırmaq üçün nəzərdə tutulduğunu deyir. Amerikanın Səsinin Rus xidmətinin hazırladığı reportaj bu haqdadır.
Sentyabrın 25-də Rusiya parlamenti cərrahi yolla və ya kağız üzərində cinsiyyəti dəyişməyə icazə verən ölkələrin vətəndaşlarına Rusiyadan uşaqların övladlığa götürülməsini qadağan edən qanun layihəsini dəstəkləyib. Dövlət Dumasının sədri Vyaçeslav Volodinin dediyinə görə, təklif olunan qanun "uşaqları və ənənəvi dəyərləri qoruyacaq".
Lakin ABŞ-ın Milli Övladlığa Götürmə Şurasının prezidenti Rayan Hanlon bunun uşaqlardan daha çox siyasətlə əlaqəsi ola biləcəyindən narahatdır. "Milli Övladlığa Götürmə Milli Şurası"nın prezidenti (Ryan Hanlon: "Hər bir ölkənin beynəlxalq övladlığa götürmə prosesində əməkdaşlıq etmək istədiyi şəxslər üçün uyğunluq meyarlarını müəyyən etmək hüququ var və mən Rusiyanın ABŞ və ya hər hansı digər ölkədən hansısa fərqi olduğunu düşünmürəm. Amma ümid edirik ki, bu, övladlığa götürməyə tam qadağa olmayacaq".
Tərəfdarlar deyirlər ki, yeni qanunun məqsədi "Rusiyalı uşaqların LGBT icmasının nümayəndələri tərəfindən övladlığa götürülməsinin mümkünlüyünü aradan qaldırmaqdır".
Bir çox Avropa ölkəsində, Kanadada, Avstraliyada, eləcə də Asiya və Afrikanın bir sıra ölkələrində cinsiyyətin dəyişməsinə rəsmi icazə verilir. Bununla belə, rusiyalı siyasətçilər qadağanın ilk növbədə NATO ölkələrinə yönəldiyini deyir. Rayan Hanlon: "Bəlkə də bu, sadəcə "biz Rusiyadan uşaqları Qərb ölkələrinə göndərmək istəmirik" deməyin bir yoludur. Əgər [[LGBTQ və cinsiyyətin dəyişdirilməsi]] onları həqiqətən də narahat etsəydi, bunu valideynlər üçün zəruri şərt edə bilərdilər."
Yeni qanun ABŞ-a təsir etməyəcək, çünki artıq Rusiyada Amerika vətəndaşlarına rusiyalı uşaqları övladlığa götürməyi qadağan edən qanun var.
2012-ci ildə qəbul edilən bu qanun Rusiyadan övladlığa götürülmüş və ABŞ-da valideynlərinin himayəsində olarkən dünyasını dəyişən oğlanın xatirəsinə Dima Yakovlev qanunu adlandırılıb.
Amerikalı Silvia Tanner 2000-ci illərin əvvəllərində Rusiyadan övladlığa dörd uşaq götürüb. Nastya, Nikita, Valera və Anya ABŞ-a Xabarovsk və Birobidjandakı uşaq evlərindən gəlib. Övladlığa uşaq götürən valideyn Sylvia Tanner: "Biz müraciət etdik və uşaqları özümüzlə yay düşərgəsinə apardıq. Sonra gedib onları götürdük. Onları o qədər çox sevdik ki, bir neçə ildən sonra daha iki uşağın olduğunu eşidəndə gedib onları da götürdük".
Övladları böyüyən Tanner bu cür qadağaların yalnız rusiyalı uşaqlara zərər verdiyini, onları mehriban ailələrdə həyatdan məhrum etdiyini deyir. "Bu, çox kədərlidir, çünki mənim və mənim həyat yoldaşım kimi bu gözəl uşaqlara sahib çıxmaq istəyən çox ailə var və bu, uşaq evində olan uşaqlar üçün böyük problemlər yaradır".
Real müqavimətin olmadığı halda qanun layihəsinin Rusiya parlamentinin Yuxarı Palatası tərəfindən təsdiqlənəcəyi və prezident Vladimir Putin tərəfindən imzalanacağı gözlənilir. Lakin qəbul olunsa belə, bu qanunun nə qədər böyük təsir göstərəcəyi bəlli deyil. Rusiya rəsmilərinin məlumatına görə, 2023-cü il ərzində xarici ailələr tərəfindən Rusiyadan övladlığa yalnız altı uşaq götürülüb.
Forum