Accessibility links

Ruslan İzzətli: Hərbiyə aparılmağım siyasi cəzadır


Ruslan İzzətli
Ruslan İzzətli

D18 Hərəkatının sədri Ruslan İzzətli hərbi xidmətə aparılacaq. Belə ki, 2007-ci ildən bəri həkim komissiyası onun dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövrü üçün yararlı rəyi verib.

Bu barədə hərəkat sədri facebook səhifəsində məlumat yayıb.

Ruslan İzzətli hesab edir ki, hərbi xidmətə çağırılması onun hökumətin siyasətini kəskin tənqidləri ilə bağlıdır.

“Məqsədim hərbi xidmətdən yayınmaq və çəkinmək deyil. Bu millət üçün hər zaman mübarizədəyik. 1 il hərbi xidmət bizi əqidəmizdən, yolumuzdan döndərməz. Amma bunları faktları hər kəs bilsin deyə qeyd edirəm. Çünki mənim dinc dövrdə hərbi xidmətə getməməyim səhhətimlə bağlıdır. Hakimiyyətin isə sağlamlığımdakı problemlərlə bağlı məni hərbiyə aparması siyasi cəzadır,” o qeyd edib.

İzzətli məhkəməyə və prokurorluğa müraciət edəcəyini deyib.

“Hakimiyyətin qanunsnuz olaraq məni əsgərliyə aparmaq istəyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin rəisi Elxan Feyziyevin vəzifə səlahiyyətlərindən istifadə edərək yekun aktı dəyişdirməsi, sənədləri saxtalaşdırması barədə məhkəməyə və prokurorluğa müraciət edəcəyəm. Artıq bu gün bununla bağlı hüquqi addımları atmağa qərar verdim,” D18 Hərəkatının sədri bildirib.

Ruslan İzzətlinin hərbi biletindəki qeydlər
Ruslan İzzətlinin hərbi biletindəki qeydlər

Ruslan İzzətli deputatlığa namizdə olub, seçkilərin saxtakarlıq şəraitində keçirildiyini bildirib. D18 Hərəkatı isə bir neçə dəfə ofisindən çıxarılıb.

“Bu təzyiqlərin əsas səbəbi isə seçki saxtakarlıqlarına qarşı etirazlarımdır.”

İzzətli hökumət nümayəndələrinin onunla dialoqa cəhd etdiyini deyib.

“Dialoq prosesinə, "islahat nağılları"na inandırmağa çalışdılar ki, mən və rəhbəri olduğum qurum da prosesdə iştirak etsin. Amma artıq elçilik siyasətlərinin nəticə vermədiyini görən hakimiyyət əsgərliyə aparmaq ssenarisini işə saldı.”

İzzətliyə səhəti ilə bağlı sülh dövründə hərbi xidmətətə yararsız olduğu üçün 2007-ci ildə ona hərbi bilet verilib. O bildirib ki, sonuncu dəfə 2019-cu ildə tibbi komissiyadan keçib və eyni nəticə təsdiqlənib.

“Bu il mayın 6-da da Ağdam hərbi komissarlığının işçilərinin iştirakı ilə rayon Mərkəzi Xəstəxanada müayinədən keçdim. Müayinə nəticəsində yekun akt tərtib edildi. Aktda "sağ tərəfli böyrək daşı xəstəliyi, hər iki böyrəyin mikrofili'' qeyd edildi.”

Həkimlərin diaqnozuna baxmayaraq sonradan onun sülh dövründə hərbi xidmət üçün yararlı olması qərarı qəbul edilib. Bakıda tibbi komissiya da eyni nəticəyə gəlib.

“Sənədin dəyişdiliməsi və saxtalaşdırılmasının cinayət olduğunu Bakıdakı komissiya bildirsəm də, reaksiya verilmədi. Hətta mənə verilən yekun aktını da təqdim etdim. Həkimlər sənədin dəyişdirildiyini görsələr də, nəticəyə təsir edə bilməyəcəklərini dedilər. Anladım ki, məni cəzalandırmaq üçün əmr yuxarıdan verilib,” o qeyd edib.

Rəsmi qurumlar D18 Hərəkatının rəhbərinin bəyanatına hələ şərh verməyib.

XS
SM
MD
LG