Accessibility links

Ruslan İzzətli: 30-40 nəfəri əfv etməklə siyasi məhbus problemi həll edilmir


Ruslan İzzətli: 30-40 nəfəri əfv etməklə siyasi məhbus problemi həll edilmir
please wait

No media source currently available

0:00 0:15:26 0:00

Bu yaxınlarda Bakıda D 18 Hərəkatının rəhbəri Ruslan İzzətlinin tərtib etdiyi “Son söz” kitabının təqdimatı olub. Kitab son on ildə həbsdə olmuş, beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin məhkəmələrdə son sözləri və onlar haqqında qısa məlumatları əhatə edir. Bu günlər Amerika Birləşmiş Ştatlarında səfərdə olan D 18 Hərəkatının rəhbəri Ruslan İzzətli Amerikanın Səsinə müsahibəsində yeni kitabı, siyasi məhbuslar problemi və təşkilatının fəaliyyətindən danışıb.

Ruslan İzzətli “Son söz” kitabının ictimaiyyət tərəfindən böyük maraqla qarşılandığını deyib. “Gənclər üçün çox maraqlı idi. Təbii ki, məhbusların özləri üçün çox maraqlı oldu ki, onların adları tarixə düşdü. Çünki orada son sözləri oxusaq görərik ki, həm ədəbi cəhətdən, həm tarixi cəhətdən, həm siyasi, həm ölkədəki hüququn durumu haqqında çox yaxşı çıxışlar var ki, kimsə bir məqalə yazmaq istəsə, siyasi məqalə yazmaq istəsə bir mənbədir. Bir dönəm haqqında mənbədir və repressiya məruz qalmış insanların dilindən bir mənbədir.”

Yəni bu ölkədə haqqı deyən, hakimiyyətin apardığı siyasəti tənqid edən hər kəs hər an siyasi məhbus statusu, həbs olunub siyasi məhbus ola bilər.

Ruslan İzzətli qeyd edib ki, siyasi məhbus problemi bəzi məhbusların əvf edilməsi ilə həll edilə bilməz. “Biz hər zaman deyirik, ölkədə 30, 40, 50 nəfər məhbusun əfv edilməsi siyasi məhbus problemini həll etmir. Çünki siyasi məhbus probleminin yaranma səbəbləri hələ ortadan qaldırılmayıb. Dünənə qədə 150-dən çox siyasi məhbus var idi. Mart ayından sonra bu artıq 100-ə yaxındır. 70 neçə siyasi məhbus var. Təxminən 100-ə yaxın siyasi məhbus var. Çünki bir çoxu da hüquq müdafiəçiləri deyir ki, monitorinq altındadır. Onlar da yəqin ki, siyasi məhbus siyahısına düşəcək. Bu gün İlham Əliyev 50-dən çox məhbusu buraxdırır, amma sabah yenə də biz siyasi məhbus problemi ilə qarşılaşa bilərik. Yəni bu ölkədə haqqı deyən, hakimiyyətin apardığı siyasəti tənqid edən hər kəs hər an siyasi məhbus statusu, həbs olunub siyasi məhbus ola bilər.”

D18 Hərəkatının rəhbəri Azərbaycanda Cümhuriyyət ideyalarının müdafiəsindən danışıb. “101 il öncə cümhuriyyətçilərin qurduğu sistem bir örnəkdir. Biz örnəklərlə insanlarda bir inam yarada bilərik, ümid yarada bilərik. Bütün prosesin açarı və dəyişikliyin açarı özgüvəndədir və topluma həm də o tarixi verməklə biz həm də özgüvən yaradacağıq. Amma bu neqativlər içərisində insanlar bəzən ruhdan düşür. Amma bu qədər neqativlər içərisində 101 il öncəyə baxmaq lazımdır ki, bizə 1918-ci ildə çox az sayda insanlar o cür sistem qurdularsa, biz yenə də qura biləcəyik. Və ildən-ilə Rəsulzadə sevgisi, Cümhuriyyət sevgisi insanlar arasında artır, gənclər arasında artır.”

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG