Rusiya prezidenti Vladimir Putin yeni hökumətinin tərkibini elan edib. O, sabiq prezident Dmitri Medvedevin dövründə xidmət göstərmiş nazirlərin əksəriyyətini vəzifədə saxlayır. Putinin yaxın müttəfiqi İqor Şuvalov baş nazirin müavini vəzifəsində qalacaq. Antoni Siluanov isə maliyyə naziri vəzifəsində fəaliyyətini davam etdirəcək.
Anatoli Serdyukov müdafiə naziri, Sergey Lavrov isə xarici işlər naziri vəzifələrində qalacaqlar.
Önəmli dəyişiklərdən biri özəlləşdirmə tərəfdarı Arkadi Dvorkoviçin enerji və sənaye siyasətinə nəzarət etmək üçün baş nazirin birinci müavini vəzifəsinə təyin edilməsidir. Dvorkoviç keçmişdə prezident Medvedevin məsləhətçisi olub.
Vladimir Putin bu ayın əvvəlində Kremlə qayıtdıqdan sonra baş nazir vəzifəsinə təyin edilən cənab Medvedev Rusiyanın zəif iqtisadiyyatını dirçəltmək üçün inkişaf və özəlləşdirmə siyasəti həyata keçirəcəyini vəd edib.