Accessibility links

Rusiyanın müxalifət liderləri hesabat hazırlayıb


Rusiyanın müxalifət liderləri hesabat hazırlayıb
Rusiyanın müxalifət liderləri hesabat hazırlayıb

Rusiyanın müxalifət liderlərinin hazırladığı hesabatda baş nazir Vladimir Putin prezidentliyi dövründəki korrupsiyaya görə tənqid edilib. Bu gün açıqlanan hesabatda Putinin dostlarının dövlətin sayəsində sərvət topladıqlarına daiq detallara varılır. Hesabatda Putinin yaxınlarının hökumət və bizneslərdə milyonlarla dollar gəliri olan yüksək vəzifələrə təyin edildiyi deyilir.Bildirilir ki, Putinin 2000-ci ildə hakimiyyətə gəlməsindən bəri vəziyyət kəskinləşib. Hesabat baş nazirin sabiq müavini Boris Nemtsov, keçmiş millət vəkili Vladimir Milov və digər iki müxalifət ldieri tərəfindən hazırlanıb.Transparency International Rusiya iqtisadiyyatını ən korrupsiyalaşmış iqtisadiyyat adlandırır.

XS
SM
MD
LG