Rusiyanın silah-sursat anbarında baş verən yanğın və partlayış 30 adamın yaralanmasına səbəb olub. Yaxınlıqda yaşayan 28 min sakin evakuasiya edilib. Moskvadan 900 km-likdə yerləşən Udmurtiyadakı yanğının daha bir gün davam edəcəyi deyilir. Partlayış 10 kilometrlik ərazidə yerləşən evlərin şüşələrini sındırıb. Yanğının səbəbi araşdırılır.