Yerli xokkey oyunçularından ibarət komandanı daşıyan Rusiya təyyarəsinin ölkənin qərbində qəzaya uğraması nəticəsində 43 nəfər həlak olub. Fövqəladə Hallar Nazirliyi Yak-42 sərnişin təyyarəsinin bu gün Yaroslavl şəhərindən havaya qalxan anda qəzaya uğradığını deyib. Nazirlik təyyarənin tərkində 45 adamın olduğunu bildirib. Onlardan 37-si sərnişin, səkkizi isə təyyarənin ekipaj üzvləri olub. Lokomotiv komandası 2011-2012-ci il xokkey mövsümünün açılış oyunları üçün Belarus paytaxtı Minskə gedirdi.