Accessibility links

Rusiyadakı aksiyalarda yüzlərlə nümayişçi həbs edilib


Moskvada Rusiya prezidenti Vladimir Putinə qarşı keçirilən etiraz aksiyası zamanı yüzlərlə nümayişçi həbs edilib. Etiraz aksiyası bazar baş tutan Milli Birlik Günü bayramı şənlikləri ilə üst-üstə düşüb.

Nümayişçilərə qarşı təzyiqləri müşahidə edən OVD-İnfo-nun verdiyi məlumata görə, Moskva şəhərində 260 nəfər olmaqla ümumilikdə ölkə boyunca 360 nəfər etirazçı həbs edilib.

Tass xəbər agentliyi bildirib ki, Moskvada baş tutan aksiyada iştirak edən etirazçıların bir çoxunda bıçaq olub.

Moskvada keçirilən etiraz aksiyası. 5 noyabr, 2017
Moskvada keçirilən etiraz aksiyası. 5 noyabr, 2017

İcazəli nümayişdə iştirak edən etirazçıların milliyyətçi siyasətçi, Kremlin tənqidçisi Vyaçeslav Maltsev və onun Artilleriya Hazırlığı hərəkatı ilə əlaqəli olduğu düşünülür. Hərəkat Rusiyada ekstremist qrup kimi qadağan olunub.

Putin 1612-ci ildə Polşa əsgərlərinin Moskvadan çıxarılmasını şərəfinə 2005-ci ildə 4 noyabrı "Milli Birlik Günü" elan edib.

XS
SM
MD
LG