Accessibility links

Rusiyanın “Tatarıstan” raket gəmisi Bakı limanına yan alıb


Rusiyanın "Tatarıstan" raketdaşıyan gəmisi
Rusiyanın "Tatarıstan" raketdaşıyan gəmisi

Rusiyanın Xəzər Donanmasının gəmiləri bu ölkənin Xəzərdəki iqtisadi fəaliyyətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə dənizə çıxıb

Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər Donanmasının komandanı, kontr-admiral Sergey Alyokminskinin bayrağı altında gəmilər dəstəsi oktyabrın 9-da Bakı limanına gəlib.

AzərTAc dövlət agentliyi xəbər verir ki, Bakı Beynəlxalq Dəniz Limanında “Tatarıstan” raketdaşıyıcı gəmisinin şəxsi heyəti ilə görüş olub. Mərasimdə Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri, habelə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin yüksək vəzifəli şəxsləri iştirak edib.

Qeyd edək ki, raketdaşıyıcı gəmini “MB-58” dəniz yedək gəmisi müşayiət edir. Səfər Xəzər dənizində Rusiya və Azərbaycan dənizçilərinin dostluq münasibətlərini möhkəmləndirmək məqsədi daşıyır.

Səfər əsnasında dənizçilər bir sıra görüşlər keçirəcək, Bakı ilə tanış olacaq. Səfər proqramına görə, oktyabrın 10-da hərbi gəmi paytaxt sakinləri üçün açıq olacaq.

Rusiya Federasiyası Cənub hərbi dairəsinin mətbuat xidmətinin məlumatına görə, Xəzər Donanmasının gəmiləri Rusiya Federasiyasının Xəzərdəki iqtisadi fəaliyyətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə dənizə çıxıb. Yürüş zamanı gəmilər Xəzərdə 1500 mildən çox məsafə qət edəcək.
XS
SM
MD
LG