Rusiya istehsal etdiyi növbəti nəsil gizli qırıcı təyyarəsini ilk dəfə ictimai şəkildə Moskva yaxınlığında keçirilən aviasiya sərgisinin açılışında nümayiş etdirib.
Rusiya hərbi hava qüvvələri komandiri Aleksandr Zelin deyib ki, Sixoy T-50 növbəti 3-4 il ərzində istifadəyə veriləcək. Qırıcı təyyarə Lockheed Martinin F-22 Raptor təyyarəsinə rəqib kimi nəzərdə tutulub.
Beynəlxalq təyyarə şirkətləri nümayiş üçün Jukovskidə keçirilən aviasiya sərgisinə son istehsallarını göndərib. Sərginin ən məhşur təyyarələrindən biri dünyanın ən böyük sərnişin layneri Airbus 380-dir.