Accessibility links

Amnesty International Rusiya və Çinin Sudanı silahla təchiz etməsindən narahatdır


Amnesty International Rusiya və Çinin Sudanı silahla təchiz etməsindən narahatdır
Amnesty International Rusiya və Çinin Sudanı silahla təchiz etməsindən narahatdır

Amnesty International Sudan hökumətinin Rusiya və Çindən alınmış silahlardan insan hüquqlarını ciddi şəkildə pozaraq mülkü vətəndaşlara qarşı zorakılıq tətbiq etməkdə istifadə etdiyini deyib.

Beynəlxalq insan hüquqlarını müdafiə qrupu hesabatda bildirib ki, Moskva və Pekin Sudanın Hartum şəhərini silahla və hərbi avadanlıqla təchiz etməkdə davam edir.

Təşkilat Rusiyanın və Çinin Sudanı çox sayda sursat, hərbi vertolyot, təyyarə, yer-hava tipli raket və zirehli maşınlarla təmin etdiyini bildirib.

Amnesty BMT-yə üzv ölkələrin Sudana beynəlxalq silah təchizatını dayandırmağa və ölkəyə qarşı silah embarqosunun müddətinin uzadılmasına çağırır.

XS
SM
MD
LG