Accessibility links

ABŞ prezidenti Rusiya lideri ilə Suriya və Ukrayna məsələlərini müzakirə edib


Bazar ertəsi BMT-nin Baş Assambleyası çərçivəsində görüşən ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin Suriyaya dair mövqelərini müzakirə edib.

Ağ Evin yüksək səviyyəli rəsmisi deyib ki, Obama ilə Putin arasında danışıqlar işgüzar şəraitdə keçib və müzakirələr zamanı Moskvanın son zamanlar Suriyada hərbi mövcudluğuna aydınlıq gətirilib.

Prezidentlər regionda toqquşma riskinin azaldılması və ya biri-biri ilə hərbi toqquşmadan yayınmaq məqsədi ilə iki ölkənin hərbi qüvvələri arasında əlaqə saxlanılmasının vacibliyinə dair razılığa gəlib.

BMT-nin Baş Assambleyasından əvvəl görüş zamanı Obama və Putin Suriyada vəziyət və prezident Bəşar Əl-Əsəd hakimiyyəti ilə bağlı fərqli baxışlarını bölüşüb.

Prezidentlər fürsətdən istifadə edərək Ukrayna məsələsinə də diqqət yönəldib. Bu ilin fevral ayında Minskdə əldə edilən sülh razılığına baxmayaraq, Ukraynada münaqişə davam edir.

Ağ Ev rəsmiləri deyib ki, Obama ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təkrarlayıb. ABŞ rəsmiləri Moskvanı Ukraynanın şərqində döyüşən separatçılara dəstəyini dayandırmağa və Minsk öhtəliklərinə sadiq qalmağa çağırıb.

XS
SM
MD
LG