Rusiya və Ukrayna arasında təyyarə uçuşları iki ölkə Moskvanın Ukraynanın şərqində separatçılara dəstəyi ilə əlaqədar sərnişin hava daşınmalarına sanksiyalar qoymasından sonra dayandırılacaq.
Keçən ay Kiyev "Aeroflot" və Rusiyanın başqa hava yolları şirkətlərinin uçuşlarına oktyabrın 25-dən başlayaraq qadağa qoyulacağını bildirib. Bu addım Rusiya hava yolları şirkətlərinin Krıma uçuşları ilə əlaqədar atıldığını deyilib.
Bununla yanaşı, hərbi texnika və personal daşıyan təyyarələrin də Ukrayna üzərində uçuşlarına qadağa qoyulub.
Kreml bu addım tənqid edərək,öz növbəsində Rusiyanın hava hövzəsini Ukrayna təyyarələri üçün bazar günündən bağlayıb.
Bununla belə, tərəflər uçuşlara qadağanın müzakirə edilməsinə hazırlıqlarını bildirib.
Ukraynanın infrastruktur naziri Andrey Pivovarov Brüsseldə Rusiyanın rəsmi nümayəndələrilə danışıqların başladığını və müzakirələrin şənbə gününə qədər davam etdiriləcəyini bildirib.
Ukrayna Rusiyanı ölkənin şərqində separatçılara silah və hərbi personal göndərməkdə ittiham edir. 2014-cü ilin aprel ayından başlayan münaqişə nəticəsində təxminən 8 min insan həyatını itirib. Rusiya bu iddiaları rədd edir.