Accessibility links

Rusiya Ukraynaya təzyiqləri artırır, ABŞ-la hərbi ticarətə dair sazişi dayandırır



Rusiya Ukraynaya qarşı iqtisadi tələbləri artıraraq, eyni zamanda, Birləşmiş Ştatlarla hərbi ticarətə dair sazişi dayandırıb.

Moskva Kiyevə Ukraynaya gələn ay çatdırılacaq qaz üçün iyun ayının 2-ə qədər 1,7 milyard dollar məbləğində ödəniş etməsini istədiyini bildirib. İki ölkə arasında qazın qiymətinə dair tez-tez mübahisələr baş verib, indi isə Ukraynanın şərqində Rusiya tərəfdarı separtaçıların fəaliyyəti və Rusiyanın Krımı ilhaq etməsilə əlaqədar vəziyyət daha da gərginləşib.

Ukraynanın Baş naziri Arseni Yatsenyuk Brüsseldə deyib ki, Ukraynanın qazın qiymətləri məsələsinə “bazara münasib yanaşma”ya hazırdır.

Birləşmiş Ştatlar və onun Avropa müttəfiqləri Rusiyanın Ukraynaya müdaxiləsini pisləyərək, Rusiya korporasiya şirkətlərinin başçıları və prezident Vladimir Putinin yaxın çevrisinə daxil olan rəsmilərə qarşı viza qadağaları tətbiq edib onların hesablarını dondurub.

Moskva ABŞ-ın hərbi raketatan qurğularında Rusiyada istehsal edən raket mühərriklərindən istifadəyə qadağa qoyub. ABŞ iki illik ehtiyata malikdir, lakin qadağa Amerikanı daha bahalı raket atan qurğulardan istifadə etməyə məcbur edə bilər.

Rusiya həmçinin ABŞ-ın 2020-ci ildən 2024-cü ilə qədər Beynəlxalq Fəza Stansiyasından istifadə haqda müraciətinin də rədd edikdiyini bildirib.
XS
SM
MD
LG