Suriyanın şimal-qərbində zorakılıqlar nəticəsində yerlərindən didərgin düşmüş minlərlə insan Rusiya-Türkiyə anlaşmasından sonra evlərinə qayıdır. Moskva və Ankara arasında Suriyanın şimalında təhlükəsizlik zonalarının yaranmasına dair əldə edilmiş anlaşma nəticəsində Suriya hökumət qüvvələrinin üsyançıların nəzarətindəki sonuncu istinadgah olan İdlib bölgəsində genişmiqyaslı hücumun qarşısı alınıb.
BMT bildirib ki, sentyabr aynın ilk 12 günü ərzində hökumətin İdlibdə intensiv hava hücumlar kampaniyası nəticəsində 38 mindən çox insan yaşadığı yerləri tərk edərək məcburi köçkün olub.
BMT-nin Humanitar Məsələlər üzrə ofisinin bildirdiyinə görə, məcburi köçkünlər Türkiyə ilə sərhəddə, onsuz da dolu olan qaçqın düşərgələrinə doğru hərəkət edir.
Hökumətin bombardmanlarının dayanmasından sonra təxminən 4 min 500 nəfərin öz evlərinə qayıtdığı bildirilir.
Birtaniyada qərargahlanan Suriyada İnsan Haqlarını Müşahidə qrupunun verdiyi məlumata görə, bazar ertəsi Rusiya və Türkiyə arasında təhlükəsizlik zonalarının yaradılmasına dair razılığın əldə edilmədindən sonra təxminən 7 min insan yaşadığı şəhərlər və kəndlərə qayıdıb.