Rusiyanın Suriyada mübahisəli hava hücumları döyüş təyyarələrinin Türkiyənin hava hövzəsini pozması ilə son bir neçə gündür ciddi xarakter alıb. Təhlilçilərin fikrincə, bu insidentlərin bilərəkdən baş verib-verməməsindən asılı olmayaraq, Rusiyanın Suriyada hərbi kampaniyası böyük risklərlə müşayiət olur.
Rusiya Xəzər dənizindəki hərbi gəmilərindən Suriyada İŞİD-in mövqelərini raketlər atəşinə tutub. Rusiya bir həftədir İŞİD kimi terrorçu qruplara qarşı davam edən hava hücumlarını davam etdirir.
Lakin Suriya müxalifət qrupları, eləcə də ərəb və Qərb ölkələrinin liderləri Rusiyanın onun müttəfiqi olan Suriya prezidenti Bəşar Əl-Əsəd müxalif qrupları hədəf aldığını bildirir.
Hərbi təhlilçi Pavel Felgenhauer: “Rusiyanın nə istədiyi aydındır: müttəfiqi İranla vətəndaş müharibəsinin gedişini dəyişdirmək, müharibəni udmaq, Əsəd qüvvələri və onun mttəfiqlərinə kömək etmək.”
Moskva ABŞ-ın başçılığı ilə koalisiyanın Əsədlə işləməsini istəyir, koalisiya isə Əsədin legitimliyini itirdiyini və hakimiyyətdən getməli olduğunu bildirir.
Siyasi təhlilçi Aleksandr Qolts:“Kimsə müharibəyə başlayırsa, o, müharibənin onun şərtlərinə əsasən dayandırılacağına əmin ola bilməz.”
Rusiya öz döyüş təyyarələrinin NATO-nun müttəfiqi olan Türkiyənin hava hövzəsinə təsadüfən müdaxilə etdiyini bildirir. Bu, mümkün olsa da, NATO hava hövzəsinin dəfələrlə pozulması halları və radarların blok edilməsinin bilərəkdən edildiyni bildirir.
Hərbi təhlilçi Pavel Felgenhauer: “Hava hövzəsinin pozulması hallarının bir neçə saniyə də olsa davam etməsi təhlükəlidir. Ona görə ki, Rusiya bununla reaksiyanı bilmək istəyə biər ki, real qarşıdurma olsa, o zaman nə baş verə bilər.”
Suriya üzərində səmada koordinasiyanın olmaması Rusiya və Qərb arasında hərbi qarşıdurma riski yaradır.