Accessibility links

Rusiyanın iki bombardmançı təyyarəsi Yaponiya səmaları ətrafında görünüb


ABŞ ordusunun nümayəndəsi Amerikanın Səsinə bildirib ki, Rusiyanın iki bombardmançı təyyarəsi Yaponiya səmaları ətrafında görünüb.

Sakit Okeanı komandanlığının üzvü bununla əlaqədar heç bir ölüçüyə əl atılmadığını deyib. Belə ki, təyyarələr heç bir təhlükəyə səbəb olmayıb.

Digər ABŞ rəsmisi isə təyyarələrin uçuş boyu beynəlxalq hava məkanından çıxmadığını bildirib.

Daha əvvəl Amerikanın Fox News telekanalı yüksək təhdid səbəbi ilə Yaponiyanın qırıcı təyyarələrinin havaya qalxdığını bildirmişdi.

ABŞ ordusunun sözçüsü Ashleigh Peck Amerikanın Səsinə bildirib ki, silahlı qüvvələrin "təlimlərə yaxud real hadisələrə" cavab olaraq təhlükəsizlik tədbirlərini dəyişməsi qeyri-adi deyil. Lakin o, bu addımların təhlükəsizlik səbəbindən atılıb-atılmadığını təsdiqləməyib.

XS
SM
MD
LG