Accessibility links

Suriyada Rusiya istehsalı kaset bombalardan istifadə edilib


Bu gün ilk dəfə Suriyada Rusiya istehsalı kaset bombalardan istifadə edilib.

Human Rights Watch-un bildirdiyinə görə, Rusiyanın özünün və ya bombalarla təmin etdiyi Suriya ordusunun kaset bombalardan istifadə etməsi ciddi narahatlıqlar doğurub.

Təşkilat Hələbdən 15 kilometrlik məsafədə yerləşən Kaf Hələb kəndində hücumdan sonra çəkilən şəkillər yayıb.

Rusiya hücumları genişləndirir

Rusiyanın Müdafiə Nazirliyinin bildidiyinə görə, qırıcı təyyarələr Hama, Latakia, İdlib və Rəqqada 63 mövqeni hədəf alıb.

Nazirliyin nümayəndəsi general-mayor İqor Konaşenkov vurulan hədəflərin İŞİD-in nəzarətində olduğunu bildirib.

ABŞ-Rusiya video konfransı

Amerika və Rusiyanın müdafiə rəsmiləri video-konfrans keçirərək, hava hücumlarının təhlükəsliyi ilə bağlı müzakirələr aparıb.

ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü Peter Kuk müzakirələri peşəkar adlandıraraq, onların hava təhlükəsizliyi prosedurlarını əhatə etdiyini deyib.

Qərb ölkələrinin liderləri Rusiyanın onun müttəfiqi olan Suriya prezidenti Bəşar Əl-Əsədə müxalif qrupları hədəf aldığını bildirir.

Amerikanın başçılıq etdiyi koalisya qüvvələri 2014-cü ilin avqust ayından bəri İraqda 4700, Suriyada isə 2600 hava hücumu həyata keçirilib.

XS
SM
MD
LG