Accessibility links

Rusiya REvil qrupunun daha üç üzvünü həbs edib


Moskva məhkəməsi pul vəsaitlərinin qanunsuz dövriyyəsinə görə fidyə cinayət qrupu Revil-in daha üç üzvü barəsində həbs qətimkan tədbiri seçib. Bundan bir gün öncə Rusiya qrupu Birləşmiş Ştatların tələbi ilə qrupu dağıtdığını bildirmişdi.

Məhkəmə üç nəfərin Mixail Qolovaçuk, Ruslan Xansvyarov və Dmitri Korotayev olduğuNu bildirib.

İki ölkə arasında Ukrayna səbəbilə gərginliyin yüksək olduğu bir vaxt ABŞ-la Rusiya arasında nadir əməkdaşlıq çərçivəsində Rusiya rəsmiləri bu həftə Revil qrupunun üzvlərini saxlayaraq, onlara qarşı ittiham irəli sürüb.

FSB cümə günü bildirib ki, polis və FSB-nin daxili kəşfiyyat əməliyyatı 24 ünvanda axtarış apararaq 14 nəfəri saxlayıb və 600 min dollar dəyərində kompyuter avadanlıqları və 20 lüks maşın daxil olmaqla çox sayda əşya müsadirə edib.

Birləşmiş Ştatlar həbsləri alqışlayıb.

ABŞ noyabr ayında REvil qrupunun səlahiyyətlilərinin kimliklərinin və yerlərinin müəyyən olunmasına gətirib çıxaran məlumat üçün 10 milyon dollar mükafat təklif etdiyini bildirmişdi.

Məsələ ilə yaxından tanış olan bir mənbə Interfaksa bildirib ki, qrupun Rusiya vətəndaşı olan üzvləri Birləşmiş Ştatlara təhvil verilməyəcək.

XS
SM
MD
LG