Accessibility links

Rusiya qanunvericiləri Navalnının tərəfdarlarının hər hansı vəzifəyə namizəd olmalarını qadağan etmək niyyətindədir


Rusiya parlamentinin aşağı palatası qanun layihəsinin ikinci oxunuşundan öncə onu daha da sərtləşdirərək “ekstremist” tərəfdarları və üzvlərinin hər hansı vəzifəyə seçilməsinə qadağa tətbiq etmək istəyir.

Dövlət Dumasında mayın 18-da təsdiq olunan qanun layihəsi əvvəl məhkəmə tərəfindən ekstremist və ya terrorçu olaraq tanınan təşkilatın fəaliyyətinə cəlb olunan insanların beş il müddətinədək parlamentin aşağı palatasına namizədliklərini irəli sürmələrini qadağan etmişdi.

Belə görünür ki, bu qanun layihəsi həbs edilmiş müxalif siyasətçi Aleksey Navalnın fondunu neytrallaşdırmaq məqsədi danışıyır. Rusiya rəsmiləri onun fonudu sentyabrda keçiriləcək parlament seçkilərindən öncə ektremist elan etmək niyyətindədir.

Onun Anti-Korrupsiya Fondu onsuz da “xarici agent” adlandırılıb.

FBK Twitter-də bildirib ki, “ Putinə qarşı olan hər kəsin seçilməsini qadağan edən qanun hələ ki, qəbul olunmayıb, amma indidən “təkmilləşdirilir.”

Qanun layihəsinin mövcud formasında məhdudiyyətin keçmiş zamana da tətbiq edilməsi nəzərdə tutulur. Bu isə o deməkdir ki, qanun layihəsi həmçinin təşkilatlar ekstremist və ya terrorist elan olunmadan öncə onlara qoşulan şəxsləri hədəf alır.

Təklif olunan qanunun ikinci oxunuşu mayın 25-nə təyin olunub və qanun layihəsinin müəllifləri onun sentyabr seçkilərindən öncə qüvvəyə minəcəyini gözləyirlər.

“Zəmanəmizin əsas sirrinin üstü açılıb: nə üçün Putin heç vaxt Navalnının adını tələffüz etmir! Çünki onun adını azı bir dəfə səsləndirən heç kəsin seçkidə iştirak etməsinə icazə verilməyəcək!” Navalnının yaxın tərəfdaşı Leonid Volkov Twitter-də yazıb.

“Vladimir Putinin rejimi səslərini ucaldan tənqidçiləri vətəndaş cəmiyyətindən tamamən təmizləmək istəyir,” Amnesty International təşkilatının Moskva ofisinin direktoru Nataliya Zviagina bildirib.

“Əsas düşmənini ədalətsiz şəkildə həbs edəndən sonra Kreml indi də onu dəstəkləyən hər kəsi hədəfləyir,” Zviagina əlavə edib.

Rəy sorğuları hakim Vahid Ruisya partiyasına dəstəyin ən aşağı səviyyədə olduğunu göstərir.

XS
SM
MD
LG