Accessibility links

Rusiya propaqandası media məkanında


Rusiyanın xəbər agentliyinin müxalifətin yürüş şəkillərinə ABŞ-ın Rusiyadakı səfirinin rəsmini əlavə etməklə yaydığı fotoşopa cavab olaraq səfirin ayda, xokkey meydançası və digər ağlagəlməz yerlərdə şəkillərini yaymaqla şəklin təbliğat mahiyyəti daşıdığını göstərib.

Səfir Con Tefft
Səfir Con Tefft

ABŞ dövlət katibinin müavin yardımçısı Bencamin Ziff bunu ABŞ Senatının alt komitəsində bildirib. Reaksiya nəticə verib. Rusiya boyu şəkillər dəfələr tvitterdə paylaşılıb.

Hər bir yalana bu yolla cavab vermək əks-produktiv ola bilər

Ziff senatorlara bu kimi cavabın hər bir propaqanda üçün yararlı olmadığını etiraf edib. “Hər bir yalana bu yolla cavab vermək əks-produktiv ola bilər. Çünki bu, olduqca reaktiv və siz hər zaman çevrənin kənarında olursunuz.”-deyə o bildirib.

Müasir Rusiyanın propaqandasının senzura ilə əlaqəsi yoxdur. Media məkanında yayılan hər bir məlumata insanlar birmənalı reaksiya vermir.

Ziffin dediyinə görə, ruslar 1.4 milyard dollarlıq mükəmməl bir propaqanda aparatına malikdir.

”Onlar 130 ölkədə 600 milyon insanı əhatə etdiklərini iddia edir. Bu, böyük bacarıq tələb edir. Onlar auditoriyalarının coğrafiyasını tərtib edib”-deyə Amerikanın sahibkarlar İnstitutunun alimi və Amerikanın Səsinin nəzdində çalışdığı Yayım Şurasının üzvü Leon Aron bildirib.

Ağ yalan

Rusiyanın Qərbin demokratiyası barədə disinformasiyası insanları rəqabətli mediaya müraciət etməyə vadar edir.

Aronun dediyinə görə, sabiq Sovet Respublikalarında Rusiyanın təbliğatı iki səbəbə-etnik rusların azlığı və etibarlı məlumat yayan altenativ xəbər agentliklərinin olmamasına görə effektivdir.

Onlar auditoriyalarının coğrafiyasını tərtib edib

Həm Aron, həm də Ziff Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə alt komitədəkı çıxışları zamanı yerli icmaların güclü informasiya mühiti yaratmalarının vacibliyini vurğulayıb.

Aron Rusiyanın ən çox izlənilən televiziya kanalının yaydığı məlumatı nümunə göstərib. Süjetdə Ukrayna hökumətinin nəzarəti altında olan bölgədən qaçqın düşən bir qadının Ukrayna əsgərlərinin Rusiya tərəfdarı bir qadın və onun oğlunun öldürməsinə şahid olduğu göstərilib. “Uşağın şəhərin mərkəzindəki plakat üzrində çarmıxa çəkildiyinin, qadının isə tankın arxasına bağlanaraq, ölənədək yollarda süründüyünün şahidi olmuşam.”-deyə həmin qadın bildirib.

Aron bunun “ağ yalan” olduğunun ifşa edildiyini, qadının həyat yoldaşının separatistlərə qoşulmasından sonra pul müqabilində müsahibə verdiyinin Kiyevdə tələbələr tərəfindən aşkar edildiyini deyib.

Haqqın dəyəri yoxdur

Leqatum İnstitutundan yazar Peter Pomerantsev Kremlin siyasətini sinizm kimi qiymətləndirib. Onun dediyinə görə, bu sinizm demokratiya ilə avtortar rejim, yalanla həqiqət arasında fərqə məhəl qoymur.

“Vladimir Putin bir gün Krımda rus əsgərlərinin olmadığını deməsindən bir neçə həftə sonra əsgərlərin orada olduğunu deməsi onların həqiqətə dəyər vermədiyini göstərir”-deyə Pomerantsev bildirib.

XS
SM
MD
LG