Rusiya prezidenti Dmitri Medvedev yaxın Şərqdə sülh prosesini müzakirə etmək üçün İordan Çayının qərb sahilinə səfər edib. Rusiya prezidenti kimi Fələstinə ilk səfərini edən cənab Medvedevi fələstinlilərin prezidenti Mahmud Abbas qarşılayıb.
Fəslətinlilərin sülh müzakirəçisi Saib Ererkat Rusiya prezidentinin səfərini tarixi bir hadisə adlandırıb. O deyib ki, bu, fələstinlilər dövlətlərini və müstəqilliklərini əldə etməyə hazır olduqlarına diplomatk bir işarədir. İsraillə Fələstin arasında dövlət və sərhəd barədə danışıqlar İsrailin inşaat işləri ilə bağlı moratoriumunun müddətinin sentyabr ayında başa çatması ilə dayandırılmışdı.
Keçən həftə Avropa Birliyi Yaxın Şərq kvartetinin sülh danışıqlarını müzakirə etmək üçün fevral ayında Almaniyada görüşəcəyini bildirib.