Ukrayna prezidenti Petro Poroşenko deyib ki, Avropa İttifaqı ilə azad ticarət razılığına nail olmaq onun ölkəsinə olduqca baha başa gəlib. Müqavilə bu gün Brüsseldə zirvə görüşündə imzalanıb.
Poroşenko Moskvanın mənfi reaksiyasına baxmayaraq imzalama mərasimini tarixi an adlandırıb.
Rusiya prezidenti Vladimir Putin deyib ki, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç hakimiyyətinin devrilməsinə səbəb olmuş razılığa dair mübahisə ukraynalıları Avropa ilə Rusiya arasında süni seçim etməyə vadar edib.
Cənab Putin Ukrayna rəsmiləri ilə rusiyapərəst separatçılar arasında danışıqlar üçün şərait yaradılması məqsədi ilə tərəfləri uzunmüddətli atəşkəsə çağırıb.
Şahidlər minlərlə ukraynalının Rusiyaya keçmək üçün sərhəddə toplaşdığını deyib.
BMT-nin qaçqınlar üzrə agentliyi bu gün təxminən 110 min insanın Ukraynadan Rusiyaya köçdüyünü və 54 min ukraynalının ölkə daxilində evlərindən didərgin düşdüyünü deyib.