Rusiya məhkəməsi müxalifət lideri Aleksey Navalnını ən azı iki ay müddətinə ev dustaqlığına məhkum edib.
İki gün öncə təhqiqatçılar Navalnının istintaq zamanı səyahət qadağasını pozduğunu səbəb gətirərək məhkəmədən onun ev dustaqlığına məhkum edilməsini istəmişdi.
Navalnı həftənin bazar ertəsi günü Moskvada icazəsiz nümayişlər təşkil etdiyinə görə yüzlərlə nümayişçi ilə birgə yeddi günlük həbsə məhkum edilib.
Ötən il Rusiya Apellyasiya Məhkəməsi 2009-cu ildə Navalnını 500 min dollar oğurluğunda ittiham etdikdən sonra ona qarşı irəli sürülmüş beş il həbs cəzasını ləğv edib. Navalnı ittihamın siyasi motivlərə əsaslandığını iddia edir.
O və qardaşı Oleqə qarşı irəli sürülən son ittihamlar fırıldaqçılıq və 1 milyon dollar dəyərində çirkli pulların yuyulmasından ibarətdir.