Accessibility links

Rusiyanın yeni milli təhlükəsizlik strategiyası: NATO təhlükədir


Rusiya prezidenti Vladimir Putin Moskvada hər il ilin sonu keçirilən mətbuat konfransında
Rusiya prezidenti Vladimir Putin Moskvada hər il ilin sonu keçirilən mətbuat konfransında

Prezident Vladimir Putinin Rusiyanın milli təhlükəsizliyinə dair yeni strategiyası haqda dekabrın 31-də imzaladığı sənəddə NATO birmənalı şəkildə təhlükə kimi göstərilir. Müşahidəçilərin fikrincə, yeni strategiya Moskvanın Krımı ilhaq etməsi və Ukraynanın şərqində separatçılara dəstək verməsi, eləcə də Suriyaya müdaxiləsindən sonra Rusiya və Qərb arasında son zamanlar münasibətlərdə gərginliyi əks etdririr.
Kəskin tonda yazılmış 40 səhifədən ibarət sənəddə əsas diqqət Rusiyanın beynəlxalq sistemdən təcrid edilməsi məsələsinə yönəlib. Bundan başqa, burada dövlət maraqlarının şəxsi maraqlardan üstünlüyünə diqqət çəkilir. Sənəddə Rusiyanın "konstitusiya quruluşu, suverrenliyi, müstəqilliyi, hökumət və ərazi bütövlüyünün toxunulmazlığının" təmin olunması vurğulanır.

Rusiyanın Ukrayna ilə sərhəddə hərbi texnikası
Rusiyanın Ukrayna ilə sərhəddə hərbi texnikası

ABŞ - həm opponent, həm tərəfdaş

Rusiyanın milli təhlükəsizlik strategiyasına dair sənəddər Birləşmiş Ştatlara münasibətdə ikili yanaşma müşahidə olunur. Burada bir tərəfdən deyilir ki, Rusiyanın "müstəqil" xarici və daxili siyasəti "dünya məsələlərində üstünlüyü saxlamağa çalışan Birləşmiş Ştatlar və onun müttəfiqləri tərəfindən təhrikedici etirazlarla qarşılanır". Sənəddə Birləşmiş Ştatlar raket əleyihinə müdafiə sistemini yerləşdirməyə davam etdiyinə görə qınanır, "Ukraynada konstitusiyaya zidd çevrilişi" dəstəkləməkdə ittiham edilir və hətta "ABŞ-ın hərbi-bioloji laboratoriyalarının Rusiya ilə qonşu ölkələrə qdər genişləndirildiyi" iddia edilir.
Lakin başqa tərəfdən, sənəddə Rusiyanın Birləşmiş Ştatlarla tam tərəfdaşlıq münasibətləri qurmaq istədiyi qeyd edilir. Burada silahlara nəzarətin gələcəkdə də artırılması və kütləvi qırğın silahlarının yayılmaması ilə bağl etimad qurulmasının vacibliyi vurğulanır. Yeni strategiyada eyni zamanda, "terrorizmə qarşı mübarizədə və regional münaqişələrin həllində" əməkdaşlığın genişləndirilməsinə çağırılır.

XS
SM
MD
LG