Accessibility links

Rusiya NATO və ABŞ-la danışıqlar aparmaq üçün öz şərtlərini irəli sürüb


Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov

Rusiya NATO və ABŞ-la danışıqlar aparmaq məqsədi ilə təhlükəsizlik şərtlərini açıqlayıb. Şərtlərə əsasən Şimali Atlantika alyansı keçmiş Sovet İttifaqı ərazisində bütün hərbi fəaliyyətindən imtina etməlidir.

Rusiya Xarici İşlər Nazirliyi tərəfindən dekabrın 17-də təklif olunan şərtlər arasında NATO-nun Ukrayna, Şərqi Avropa, Qafqaz və eləcə də Mərkəzi Asiyada bütün hərbi fəaliyyətlərdən imtina etməyə razılaşması təklif olunur. Bununla yanaşı alyans bütün mübahisələrin sülh yolu ilə həllini üstün tutmalı və güc tətbiq etməkdən çəkinməlidir.

Moskva ilə NATO üzlvləri arasında təklif olunan "saziş layihəsinə" əsasən NATO-nun genişlənməsinə məhdudiyyətlər tətbiq olunmaldır. Eləcə də tərəflər arasında müəyyən edilmiş bufer zonada hərbi təlimlərin briqada səviyyəsindən çox olmamaq şərtilə məhdudlaşdırılması, yerüstü orta və qısa mənzilli raketlərin yerləşdiriməsinin qadağan olunması da təklif olunur.

Moskvanın öz təklifləri üzrə danışıqlara “hər an” hazır olması ilə bağlı təklifini şərh edən Ağ Evin mətuat katibi Cen Psaki dekabrın 17-də bildirib ki, ABŞ şərtlərlə tanış olub. Lakin müttəfiqlərin iştirakı olmadan “Avropanın təhlükəsizliyi ilə bağlı danışıqlar aparmayacaq”.

NATO-nun baş katibi Yens Stoltenberq təkliflər ictimaiyyətə təqdim olunduqdan sonra onu şərh edərək bildirib ki, "Moskva ilə istənilən dialoq həm də Rusiyanın hərəkətləri ilə bağlı NATO-nun narahatlığını aradan qaldırmalı, Avropa təhlükəsizliyinin əsas prinsipləri və sənədlərinə əsaslanmalı və NATO-nun Ukrayna kimi Avropa tərəfdaşları ilə məsləhətləşmələr əsasında aparılmalıdır".

O həmçinin əlavə edib ki, “Rusiya gərginliyi azaltmaq üçün konkret addımlar atacağı təqdirdə, biz etimadın möhkəmləndirilməsi tədbirlərinin gücləndirilməsi üzərində işləməyə hazırıq”.

Dekabrın 17-də keçirdiyi mətbuat brifinqində Rusiaynın xarici işlər nazirinin müavini Sergey Ryabkov Qərbin silahlanması riski haqqında danışıb. O bildirib ki, buna cavab olaraq Rusiya Avropada orta mənzilli nüvə raketləri yerləşdirməyə məcbur ola bilər. Lakin NATO belə planlarının olmadığını və ənənəvi silahlarla yeni Rusiya raketlərinin qarşısını alacağını bildirir.

Digər tərəfədən Vaşinqtonu təklifləri ciddi qəbul etməyə çağıran Ryabkov ABŞ-ın danışıqlara başlayacağına ümid etdiyini və bu məsələnin “sülh və sabitliyin qorunması üçün kritik əhəmiyyət kəsb etdiyini”deyib.

Rusiya təkliflər paketini dekabrın 15-də ABŞ Dövlət Departamentinin rəsmiləri ilə görüş zamanı təqdim edib.

Həmin görüşdə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Rusiyanın Ukrayna sərhədi yaxınlığında qoşun cəmləşdirməsi ilə bağlı Vaşinqtonun narahatlığını müzakirə edib.

XS
SM
MD
LG