Venesuela parlamentinin deputatı Xose Qerra Rusiyanın Mərkəzi Bankının Venesueladan 20 ton qızıl ixrac etdiyini bildirib.
Bloomberg-in verdiyi məlumata görə, Xose Qerra qızılın Karakasdan rus aviaşirkəti Nordwind-in Boeing 777 təyyarəsində çıxarılacağını güman edir. Təyyarə çərşənbə axşamı Venesuelaya gəlsə də, hökümət rəsmiləri bunu inkar edir.
Bazar ertəsi Nordwind şirkətinin sərnişin təyyarəsi Moskva vaxtıilə saat 14:00-da Karakasa yola çıxıb. Aviaşirkət təyyarənin göyərtəsində heç bir sərnişinin olmamasını təsdiqləyib. Flightradar-dan əldə olunan məlumata görə təyyarə Karakasda yerə endikdən sonra uçmayıb. Çərşənbə axşamı Karakasdakı Simon Bolivar hava limanın təyyarənin şəkli çəkilib.
Qerranın fikrincə Venesuelanın qızıl ehtiyyatlarının bir hissəsi bu təyyarə vasitəsilə ölkədən çıxardıla bilər. Lakin ölkənin maliyyə naziri heç bir rus təyyarəsinin Karakasa gəlmədiyini deyərək, qızılın ölkədən çıxarılması ilə bağlı şərh etməyi inkar edib. Nordwind-dən də heç bir məlumat almaq mümkün olmayıb.
Bloomberg-in verdiyi məlumata görə, Rusiyanın Mərkəzi Bankı həqiqətən də 20 ton qızılın çıxarılmasına hazırlaşır. Bu həcmdə qiymətli metalın dəyəri 840 milyon dollardır, bu isə Venesuelanın qızıl ehtiyatının 20%-i deməkdir.
Rusiya prezidentinin mətbuat katibi “ТАSS” agentliyinə onun Rusiyaya “Venesuela qızılının” çıxarılması barədə heç bir məlumata malik olmadığını söyləyib. O, jurnalistlərin suallarını cavablandıraraq, hal-hazırda “müxtəlif saxta yalan məlumatlara incə yanaşmaq lazımdır” deyib. Həm də Qerra qızılın məhz Rusiyaya aparılacağını deməyib.
Bell nəşriyyatının verdiyi məlumata görə, türk milyarderi Turqay Çinarın biznes təyyarəsi ötən həftə Karakasa səfər edib. Təyyarə Karakasdan İstanbula geri dönüb. Venesuela jurnalisti Kasto Okandanın sözlərinə görə, Venesuelaya səfərin məqsədi çox güman ki, ölkədən külli miqdarda nağd pulun Türkiyəyə çıxarılması olub.
Keçən həftə həmçinin Nikolas Maduronun hökümətinin ölkəyə Böyük Britaniya Mərkəzi bankında saxlanılan qızılın 1,2 milyard dollar dəyərində olan hissəsini çıxarmağa cəhd etdiyi aşkar olunub. Bloomberg-in verdiyi məlumata görə, Böyük Britaniya bu qızılı verməkdən imtina edib.
2014-cü ildən etibarən Venesuelada konstitusiya və iqtisadi böhran fonunda mütəmadi olaraq prezident Nikolas Maduroya qarşı küçə etirazları baş verir. Bir çox Latın Amerikası ölkələri, o cümlədən ABŞ, Braziliya, Avstraliya, Kanada və İsrail Maduronun prezident kimi legitimliyini tanımır. Avropa Birliyi də bu qərara yaxındır. Yanvarın 23-də Milli Assambleyanın sədri Xuan Quaydo özünü keçid dövrü prezidenti adlandırıb və mitinqdə ölkədə yeni seçkilərin keçirəcəyinə and içib.
ABŞ yanvar ayında Venesuela Dövlət Neft şirkəti PDVSA-ya qarşı sanksiyalar irəli sürüb. Bununla ABŞ venesuelalıların milli mənəviyyatının yerli məmurlar tərəfindən talanmağının qarşısını almağa ümid edir.
Venesuelanın Rusiya və Çinə külli miqdarda borcu var. PDVSA isə ölkənin əsas gəlir mənbəyidir.