Rusiya polisi cümə axşamı Moskvada Ali Məhkəmə qarşısında etiraz aksiyası keçirən 40 nəfərdən çox Krım tatarını nəzarət altına alıb. Etirazçıların sözlərinə görə, 4 soydaşına qarşı irəli sürülən terrorla əlaqə ittihamı səhvdir.
OVD-İnfo monitorinq qrupunun bildirdiyinə görə, polis 44 nəfər Krım tatarını içəridə apellyasiya məhkəməsi getdiyi vaxt əllərində plakatlarla məhkəmə binası qarşısına toplaşdığına görə həbs edib.
İnsident 7 nəfər Krım tatarının Moskvanın Qızıl Meydanında həbs edilməsindən bir gün sonraya təsadüf edir. Qızıl Meydana toplaşan etirazçıların məqsədi 5 il əvvəl Rusiyanın Ukraynadan ilhaq etdiyi Qara Dəniz yarımadasında baş verən hüquq pozuntularına diqqət cəlb etmək idi.
Krım bölgəsinin əhalisinin 15 faizini təşkil edən müsəlman tatarlar 2014-cü ildə yarımadanın Rusiya tərəfindən ilhaqının Qərbin və Ukraynanın dediyi kimi qeyri-qanuni olduğunu deyərək, Rusiya rejiminə qarşı çıxıb.